AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Amili: Əhli-Beyt (ə) məktəbinin güclənməsində Səfəvilərin rolu mövzusunda konfrans keçiriləcək

Ərdəbilin imam cüməsi deyib: “Əhli-Beyt (ə) məktəbinin güclənməsində və iranlı kimliyinin bərpasında Səfəvilərin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Seyid Həsən Amili Ərdəbil Əyalətinin Ümumi Mədəniyyət Şurasının iclasında “Əhli-Beyt (ə) məktəbinin güclənməsində və iranlı kimliyinin bərpasında Səfəvilərin rolu” mövzusunda konfransın keçirilməsi istiqamətində aparılan işlərdən məmnun qaldığını bildirərək deyib: “Şiə tədqiqatçıları ilə yanaşı bu sahədə nəzər sahibi olan əhli-sünnə tədqiqatçılarını da konfransa dəvət etmək lazımdır”.
Ayətullah Amili vurğulayıb ki, Türkiyənin Osmanlı sultanlarına həssas olduğu və hər fürsətdən istifadə edərək onları təbliğ etdikləri kimi biz də Səfəvi sülaləsinə həssas yanaşmalıyıq”. O, əlavə edib: “Bu konfransda Səfəvilərin qızıl dövrünü, onların gördükləri işləri nəzərə çarpacaq həddə önə çəkməliyik”.
Ərdəbil Əyalətinin Ümumi Mədəniyyət Şurasının sədri Türkiyə və Azərbaycan ölkələrinin tədqiqatçı və səfəvişünaslarının konfransda iştirakının faydalı və təsirli olacağını bildirib, konfrans üçün Ərdəbil şəhərində daimi katibliyin yaradılmasına təkid edib.
Ayətullah Amili Səfəvilər dövrünə aid tarixin təhrif edilməsinə də toxunaraq deyib: “Region müsəlmanları arasında Səfəvilər dövründə məzhəblər arasında fərq qoyulması və bir məzhəbin zorla qəbul etdirilməsinə aid səhv fikirlər formalaşmışdır. Halbuki, çoxlu dərin və tutarlı sənədlər mövcuddur ki, Şah İsmayıl bütün məzhəblərə hörmətlə yanaşmışdır və onların arasında vəhdət yaranmasının ardınca olmuşdur”.
Ərdəbil əhalisinin Rəhbərliyin Ekspertlər Məclisində nümayəndəsi “Nizami Gəncəvi” konfransının keçirilməsi təşkilatında özünün də iştirak etməsini qeyd edərək artırıb: “Nizami Gəncəvi konfransı bu il beynəlxalq səviyyədə İslam dünyasının turizm paytaxtı adını almış Təbriz şəhərində əzəmətli şəkildə keçiriləcəkdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button