AktualAktualArxivIslamXəbər lentiXəbərlər

İki nəfər azərbaycanlı Quran hafizi Ərdəbildə keçirilən Quran müsabiqəsində

Ərdəbil əyalətinin Vəqflər və Xeyriyyə İşləriİdarəsinin müdiri deyib: “Ərdəbildə keçirilən Quran müsabiqəsində Azərbaycan ölkəsindən könüllü olaraq gəlmiş iki nəfər Quran hafizinin iştirak etməsi bu diyarın xalqının müsəlmanların vahid Kitabına sevgisini nümayiş etdirir”.
Qafqaz Mədəniyyət Mərkəzi – Höccətül-islam Əkbər Qiyami Ərdəbildə “Fars” müxbirinə verdiyi müsahibəsində deyib: “Ərdəbil əyalətində keçirilən bu ilki Quran hifzi müsabiqəsində yeddi mindən çox Quran hafizi iştirak etdi və bu il iştirakçıların sayı ötən illərlə müqayisədə nəzərə çarpacaq həddə artmışdır. Həmçinin müsabiqədə Azərbaycan Respublikasından gəlmiş iki Quran hafizi də iştirak etmişdir”.
Vəqflər və Xeyriyyə İşləri İdarəsinin rəhbəri Quranın bütün İslam ümmətinin vahid Kitabı olduğunu vurğulayaraq deyib: “Azərbaycan Respublikasından gəlmiş iki nəfər Quran hafizinin müsabiqədə iştirak etmək üçün bu qədər yolu gəlməsi Azərbaycan ölkəsində belə müsabiqələrin çox az baş tutduğunu göstərir. Azərbaycan dövləti ölkədə Quran müsabiqələrinin keçirilməsinə diqqət ayırmalıdır”.
Höccətül-islam Qiyami xatırladıb: “Azərbaycanın əhalisinin 80 faizi şiə müsəlmanıdır. Bu xalqın Qurani-kərimə və Əhli-Beytə (ə) sevgisi vardır”.
O, əlavə edib: “Biz dəfələrlə Azərbaycanın mömin və dindar xalqının Ərdəbildə keçirilən dini mərasimlərdə geniş iştirakının şahidi olmuşuq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button