AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanın dövlət siyasətçilərininİran və Türkiyə qarşısında təzadlı rəftarı

Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Milli Məclisinin deputatı, Sosial-Demokrat Partiyasının sədri (Bakı dövlətinin tənqidçisi) Araz Əlizadə Osmanlı İmperiyası ilə bir sıra tarixi həqiqətləri açıqladığına görə Milli Məclisin Nizam-İntizam komissiyası tərəfindən deputat mandatının ləğv ediləcəyi ilə hədələndi.
Araz Əlizadə deyib ki, Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması üçün şəraiti məhz Osmanlı imperiyası yaradıb. O, həmçinin ötən il Türkiyədə baş verən çevrilişə cəhd hadisəsini Ərdoğanın oyunu adlandırıb.
A. Əlizadənin açıqlamasından sonra Milli Məclisin Nizam-İntizam komissiyası onu deputat mandatını ləğv edəcəyi ilə hədələyərək təkid etdi ki, bu açıqlamalar Azərbaycan-Türkiyə münasibətlərini zədələyə bilər. Ona görə də belə açıqlamalara yol vermək olmaz.
Halbuki, İran prezidenti doktor Ruhaninin Ermənistana səfəri zamanı Azərbaycanı anti-İran təbliğatı bürümüşdü. İranın müdafiə naziri H. Dehqanın: “İranın milli maraqlarının əleyhinə olan İsrail-Azərbaycan əməkdaşlıqlarına İran dözməyəcək”- kimi açıqlamasından sonra Milli Məclisin deputatı, Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev İrana qarşı hədə dolu çıxışlar etdivə İsrail-Azərbaycan əməkdaşlığının İrana aidiyyatı olmadığını deyərək vurğuladı ki, İran öz təhdidini həyata keçirəcəyi, yaxud Azərbaycana hərbi hücum edəcəyi surətdə Azərbaycan ordusu İranı parçalayacaq və İranda beş ölkə yaranacaq.
Diqqəti çəkən məsələ budur ki, Q. Həsənquliyevin çıxışından sonra Milli Məclisin Nizam-İntizam komissiyası onun açıqlamasına reaksiya vermədi, üstəlik, parlamentin sədri Oktay Əsədov onu dəstəklədi.
Bundan əlavə, indiyədək Milli Məclisin bir sıra deputatları, o cümlədən Zahid Oruc, Fazil Mustafa İranı aşağılamışdır. Lakin onlara qarşı heç bir tədbir görülməmişdir. Ancaq A. Əlizadənin Osmanlı imperiyası barədə açıqlamasındansonra onun salamını da almırlar.
Belə bir sual ortaya çıxır: “İran və Türkiyə arasında nə fərq vardır ki, Azərbaycanda Türkiyə əleyhinə mövqe göstərildikdə ölkə rəsmilərinin mənfi reaksiyası ilə üzləşir, ancaq İran əleyhinə mövqe nümayiş etdirildikdə heç bir münasibət bildirilmir?”
Müəllif bunun səbəbini Türkiyənin Azərbaycanın iqtisadi, siyasi və mədəni sektorlarına nüfuz etməsində görür. Sovetlər Birliyinin parçalanmasından sonra Azərbaycan ölkəsi müstəqillik əldə etdi. Bundan sonra Türkiyə bu ölkənin bazarlarını öz nəzarəti altına aldı. Azərbaycan dövlətinin, xüsusilə də neft-qaz şirkətinin Türkiyədə investisiya yatırması üçün şərait yaratdı. Üstəlik, Gülən camaatı hərəkatına bağlı cərəyanlar da Azərbaycanda iqtisadiyyata təsir göstərə biləcək şirkətlər yaratdılar. Digər tərəfdən də Azərbaycanın torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur və Azərbaycan qüvvələrinin hərbi təlimlərə ehtiyacı var idi. Bu təlimləri Türkiyə öz öhdəsinə aldı və bu ölkəyə hərbi texnika, silah-sursat ixrac etdi. Ancaq Türkiyə Azərbaycana hərbi yardım vədləri vermələrinə baxmayaraq heç vaxt Qarabağ müharibəsində bu ölkəyə hərbi qüvvə göndərmədi, üstəlik, bir patron belə verməkdən imtina etdi, Azərbaycanı Ermənistan və Rusiya qarşısında tək qoydu. Amma Türkiyənin güclü mediası bu məsələ üzərində elə işlədi ki, Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarına baxmayaraq bu günləriAzərbaycanda İran və Türkiyənin yeri dəyişmişdir.
Türkiyə Azərbaycanda iqtisadi, siyasi və hərbi nüfuzla yanaşaı mədəni sahədə də təlaş etmış və Fətullah Gülən hərəkatına bağlı məktəb və kollecləri Azərbaycanda yaratmışdır. İran əleyhinə çıxışlar Zahid Oruc və Fazil Mustafa kimi deputatlar da Gülənin Azərbaycandakı məktəblərinin yetirmələridir.
Ancaq İran, Qarabağ münaqişəsində Azərbaycana çoxlu yardımlar etməsinə, iki ölkə arasında dini, etnik və dil ortaqlıqlarına baxmayaraq media təbliğatında zəifliyinə görə, habelə səhv siyasət seçdiyindən Azərbaycanda öz nüfuzunu genişləndirə bilmədi və bu ölkəni qərb, İsrail və Türkiyəyə təqdim etdi.
Qeyd olunan məsələlərə diqqət etməklə Azərbaycan deputatlarının İrana qarşı mənfi reaksiyalarını başa düşmək olar.
Müəllif sonda belə təklif edir:
Birincisi, öz media təbliğatımızı yüksək səviyyəyə çatdırmalıyıq ki, İran Azərbaycanın siyasi hadisələrində məhkum kimi tanıdılmasın. Xüsusilə də Qarabağ müharibəsində İranın Azərbaycana köməyi ciddi və yetərincə işıqlandırılmayıb.
İkincisi, Azərbaycanla iqtisadi, siyasi, xüsusilə də hərbi əməkdaşlıq ciddi surətdə izlənilməlidir. Bəlkə də belə düşünülə bilər ki, İranın xarici siyasətinin öndə dayanan məsələlərində qərar tutmaq üçün Azərbaycan elə də əhəmiyyət daşımır. Ancaq diqqət etmək lazımdır ki, bu qonşu ölkə şərqi qərbə, şimalı cənuba birləşdirən bir koridorda yerləşir. Habelə, enerji mənbələrinə görə regionda münasib mövqedə dayanmışdır. Ona görə də yaxınlaşma amillərinə üstünlük verməklə Azərbaycana arxalanmaq və ölkəmizin bu qonşusu ilə ikitərəfli münasibətləri genişləndirmək olar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button