ArxivIslamNardaranXəbər lentiXəbərlər

Elşən Mustafaoğlu Apellyasiya Məhkəməsinə müraciət edib

Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 24-nə təyin edilib.

İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button