ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

“Sübh namazında artıq tövbə edib, hicaba keçdim” – Xuraman Şuşalı

Xeberman.com BiG.AZ -a istinadən xəbər verir ki, sənətçi məhz bu gün hicaba keçdiyini bildirib:

“Bu gün mənim həyatımda ən önəmli, unudulmayacaq bir gündür. 2013-ci ilin fevralın 16-da sübh namazında artıq tövbə edib, hicaba keçdim. Bu gözəl, böyük addımı atdığım üçün elə ağlayırdım. Çünki, özümü tanıyandan hicaba keçmək istəyirdim. Ancaq şeytan imkan vermirdi ki, nəfsimə güc gəlim. Şükürlər olsun Allahıma, mənə güc verdi. Çünki, mən səndən bu gücü dizin-dizin istədim. Ömrümün günah içində, nəfsimin qulu olmağa mənə imkan vermədin.
Düzdür, hicabım kamil deyil. Ancaq sən rəhimsən, zalım deyilsən. Sən mənə hicab verməklə qəlbimə, ruhuma, rahatlıq verdin. Günah məni , ruhumu qocaltmışdı. Düzdür mən 2005-ci ildən namaz qılıram. Amma namazımı səninlə daha da mükəmməl etdim. Şükür sənə, nəfsimi mənə qul etdin. Məni və bütün müsəlmanları nəzərindən ayırma. Təşəkkürlər, ya Rəbbim. Tövbə qapısını biz bəndələriniz üçün açıq qoymusan. Rahatlıq, gözəllik səndədir. Səni tapan səadətə qovuşur. Yenə də məni hidayət elə. Allahım, hər iki dünyamı gözəl et. Verdiklərini alma. Bizi öz başımıza buraxma”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button