ArxivQadin və hicabŞeirXəbər lentiXəbərlər

Şair Səid Tağızadə Hicab məhbuslarına şeir yazdı

Hürrüsən , azadəsən sən ey ədalət məhbusu
Ruhu azad , fikri aydınsan , həqiqət məhbusu.
Kim ki, baş əymişsə zülmə, zülm edib, zalımdır o
Ömrü zillətdir fəqət, olmuş zəlalət məhbusu
Biz görüb haqsızlıgı lal olmuşuq, kar olmuşuq
Düşdük Allahdan uzaq , olduq cəhalət məhbusu
Şükr edirsənmi kölə ? Öz halına, dəhşətdi bu
Ehtiyac etmiş səni, alçaq itaət məhbusu
Bircə yol vardır, o yoldus Şahi-Mərdanın yolu
Özgə yol batildi, puçdu ey təriqət məhbusu

Baglanib dünyayə düşdük İblisin zindanına
Satmışıq Üqbamızı olduqca şəhvət məhbusu
Xəstə qəlblər heç zaman dərk eyləməz, bilməz səni
Yerli-yersiz söz tapıb eylər şikayət məhbus
Puç olar dünyadə hər şey, tək həqiqətdir qalan
Can verib, məktəb qoyub minlərlə qeyrət məhbusu
Ey Səid, dünya özü zindan olub haqq-əhlinə
Qurtarar Rəbbin cəfalərdən nəhayət məhbusu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button