AktualAktualArxivXəbər lentiXəbərlər

İran İslam Respublikasının Qarabağ müharibəsindəki roluna dair sənədli film çəkilib

Təbrizli rejissor Möhsün Hadi böyük həqiqətlərin üzərindən pərdə götürəcək sənədli film hazırlayıb. Rejissora görə, film real dəlillər əsasında çəkilib. Hədəf14.az xəbər verir ki, sözügedən filmdə Qarabağ müharibәsi zamanı İran İslam Respublikasının rolundan söhbәt açılır.

“Hər zaman mənə də maraqlı idi Qarabağ döyüşlərində bu cür kədərli günlərdə İran harda idi. Ona görə, hər zaman araşdırırdım, hara getdim soruşurdum. bütün suallara bu filmdə cavab verməyə çalışmışam. Siz bu sәnәdli filmdә bir çox qatı açılmayan sirlәrin, dәlilә әsaslanan tarixi faktların, әn әsası isә Qarabağ müharibәsindә İran İslam Respublikasının Azәrbaycana verdiyi dəstəyi açıq-aydın göstәrәn vә heç kəsin görmədiyi tarixi səhnələrin şahidi olacaqsınız”.

Onu da qeyd edək ki, rejissor bu yaxınlarda filmin bir neçə səhnəsini Azərbaycanda çəkib. “Bakıya mən bir sualla gəlmişdim, Tehrandakı Qarabağ şəhidlərinin məzarlarının hekayəsini öyrənmək istəyirdim. Bu sualımın cavabını tapmaq üçun bir neçə nəfərdən musahibə aldım”. 

“Bilirsiniz Bu mövzunu niyə seçmişəm? Mən müsəlmanam və Qarabağ içimdə bir yaradır. Müharibə zamanı cocuq idim, İran mediasında yayılan xəbərləri gördükcə içim alovlanırdı. O vaxtlar İrandan Qarabağa gedənlər vardı, hər zaman onların xatirələrini dinləyirdim və arzulayırdım ki, kaş mən də böyük olaydım, silah götürəydim. Çox keçmədi ki, böyüdüm və silahımı əlimə götürdüm – yəni kameramı”…

Sosial şəbəkələrdə sürətlə yayılmağa başlayan sənədli film yaxın günlərdə təqdim olunacaq.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button