ArxivQadin və hicabXəbər lentiXəbərlər

Beynəlxalq Hicab günü münasibəti ilə sərgi təşkil olunub

Beynəlxalq Hicab günü münasibətilə Kanadanın Alberta şəhərinin “Peter Pond” ticarət mərkəzində müxtəlif növ baş örtükləri və hicab geyimlərinin sərgisi təşkil olunub.
Qafqaz.ir Maide.az-a verir ki, ticarət mərkəzində müxtəlif növ hicab geyimləri və baş örtüləri sərgilənir və qadınlar sərgiyə gəlirək istədikləri geyim və baş örtüyünü əldə edir.

Xanımlar könüllü olaraq başlarını bağlatdırır və xoşları gəldiyi baş örtüyü olduqda onu hədiyyə alaraq gedir.

Sərginin təşkilatçıları bildirir ki, sərgi insanlar arasında maarifləndirmə işlərini aparmaq məqsədilə təşkil olunub. “İnsanların sualları cavablandırılır. Hicabın önəmi və əhəmiyyəti haqqında danışılır”.

Qeyd edək ki, fevralın 1-i “Beynəlxalq Hicab Günü” kimi qeyd edilir. Bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.

Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com

Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və digər ölkələrdən olan onlarla qadın hicabla bağlı sullar vermək və müsəlman örtüyünü bir günlük bağlamağa hazır olduqlarını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button