ArxivQadin və hicabXəbər lentiXəbərlər

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI

“Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir! Şübhəsiz ki, mömin kişi və qadınları bəlaya düçar (onlara əziyyət) edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)! Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!” (Buruc surəsi 8-12)
Əziz müsəlman Xalqımız! Bu günlərdə, indiki iqtidar tərəfindən, Vətənimizdə müsəlman xalqımızın milli-mənəvi qəhrəman oğullarının başlarına gətirilən repressiya və haqsızlıqlar, şər və böhtan kompaniyaları davam etməkdədir.
2010-cu ildən məscidlərin sökülməsi və daha sonra örpək qadağası ilə müsəlman xalqımızın mənəvi dininə və din xadimlərinə o cümlədən, Hacı Mövsüm, Hacı Abgül və Hacı Zülfüqar kimi din xadimlərinə və haqq aşiqlərinə qarşı repressiya, şər və böhtan və islamofobiyaya başlayan indiki iqtidar, bu gün aldıqları bu “sifarişlər”i elə yerə çatdırıblar ki, artıq günün günorta çağı “Nardaran planı” ilə Hacı Tale Bağırzadə başda olmaqla namaz qılıb ibadətlə məşğul olan Haqq aşiqlərini güllə-baran edib həbs edir və vəhşicəsinə işgəncələr altında ifadələr alaraq, sonda 20 ilə qədər müxtəlif əsassız ittihamlarla onları həbsə məhkum edirlər.
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin üzvləri bütün mübraiz ruhani və Haqq aşiqləri tərəfindən iqtidarın bu insanlığa sığmayan planlarını qəti olaraq pisləyir və bütün müsəlman xalqımızıdan, hüquq müdafiəçilərindən, ziyalı və alimlərimizdən xahiş edir ki, bugünkü iqtidarın insanlığa yaraşmayan, zülm, ədalətsizlik və zülmkarlığının qarşısını almaqdan ötrü özlərinin etiraz səslərini ucaltsınlar!
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi Haqq uğrunda əzab-əziyyətə sinə gələn və iman və etiqadını qoruyan Hacı Tale və onunla həbs olunan bütün qardaşlarımızla həmrəy və bir olduğunu bəyan edir və iqtidardan tezliklə, müsəlman xalqımıza qarşı olunan bu zülmə qəti olaraq son qoymasını qətiyyətlə tələb edirik!

Hicab və Hicab Qadağası Məhbuslarını
MÜDAFİƏ KOMİTƏSİ
2017-01-29

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button