ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran işi” üzrə hökmün oxunması təxirə salındı

Bu gün “Nardaran işi” üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslərin çıxışları yekunlaşıb.

İslamazeri.az “Turan” agentliyinə istinadən xəbər verirki, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı deyib ki, onu nardaranlıları dəstəklədiyinə görə həbs ediblər.

“Biz öz ideyalarımza görə buradayıq. İlham Əliyev rejimi onun siyasəti qarşısında boyun əyməyən hər kəsdə şəxsi təhlükə görür”, deyə Qəhrəmanlı bildirib.

O xatırladıb ki, əvvəllər də həbslərə məruz qalıb, amma onlar qısamüddətli olub. İndi isə hakimiyyət onu uzun müddətə həbs etməyi qərara alıb. Hakimiyyət belə addımlarla cəmiyyəti qorxutmağa çalışır.

“Qurbanlara hazır olmayan xalq azadlıq əldə edə bilməz”, deyən Qəhrəmanlı əlavə edib ki, onunla birlikdə mühakimə olunan dindarlar terrorçu deyil, hətta prokuror və hakim övladlarının da gələcəyini düşünən humanistlərdir.

Müttəhim Abbas Quliyev son sözlə çıxış edib, təqsirsiz olduğunu və polisdə işgəncələrə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, o, dəfələrlə ədalətsiz təqibə etiraz əlaməti olaraq intihar etmək istəyib: ikidəfə özünü asmaq istəyib, amma imkan verməyiblər. İki dəfə də damarlarını kəsib, amma onu xilas ediblər.

Bundan sonra məhkəmə hökm çıxarmaq üçün müşavirəyə çəkildiyini elan edib.

Amma hökmün nə vaxt açıqlanacağı elan edilməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button