AktualAktualArxivXəbər lentiXəbərlər

19 Yanvar günü münasibətilə Ərdəbil tələbə bəsici bəyanat yayıb

Ərdəbil universitetlərinin tələbə bəsici 19 Yanvar Dünya Müsəlman Azərbaycanlılar Günü münasibəti ilə bəyanat yayıb.

Qafqaz Mədəniyyət Mərkəzi – Bəyanatda deyilir:

27 il öncə 1368-ci Günəş ili, 29 dey və 1990-cı miladi ili, 19 yanvarda Azərbaycan Respublikasının qeyrətli xalqındanminlərlə insan soyuq və dondurucu qış günlərində Araz çayının sahilinə toplaşaraq “Allahu Əkbər” və “La ilahə illəllah” şüarları səsləndirdilər. Rus əsgərləri onlara təslim olmağa məcbur qaldılar. Müştaq azərilər İslam və İrana şövqlərindən sərhədə axışaraq tikanlı məftilləri və kommunizmin qaranlıq təfəkkürünü qırdılar, soyuq və donmuş Araz çayından keçərək İran İslam Respublikasının müqəddəs torpağına daxil oldular. Onlar bu uğurun şükrünü yerinə yetirmək üçün İran torpağını öpdülər, məscidlərə və müqəddəs məkanlara doğru axışdılar, İmam Hüseyn (ə) bayrağını və Quranı gözlərinin üstünə qoydular, sinələrinə sıxdılar.

Şübhəsiz ki, müsəlman azərilərin bu hərəkəti onların siyasi anlayışının inkişafını, azadlıqsevərlik hissini, müstəqillik təfəkkürünün başlanğıcını, kimliyə qayıtmağı, milli və dini mədəniyyəti aramağı və özlərinin tarixi vətənlərinə doğru axınını göstərmişdir. 20 yanvarda Kommunist Partiyasının rəhbəri Qorbaçovun əmri ilə SSRİ hərbi qüvvələri Bakıya hücum edərək məzlum və müdafiəsiz əhaliyə atəş açdı, 135 nəfəri şəhid etdi və 700-dən çox insanı yaraladı, ancaq tarix sübut etmişdir ki, siyasi böhranı həll etmək üçün tank, hərbi qüvvə və zorakalığa əl atmaq süqutla sonunclanır. 1991-ci ildə Sovetlər Birliyinin parçalanması bu sözün düzgünlüyünə bir sübutdur.

Ərdəbil universitetlərinin tələbə bəsicinin bəyanatında İran, İslam və Azərbaycan tarixində dönüş nöqtəsi və azərilərin öz kimliyinə qayıtdığı hesab olunan 19 Yanvar gününün uca tutulması ilə yanaşı deyilir:

Azərbaycan Respublikasının hörmətli prezidenti Amerika və sionist rejimin islamofobiya, şiə və sünnü arasında təfriqəsalma, dinin tədriclə aradan aparılması məqsədilə həyata keçirdiyi siyasətlərin ardınca getməkdən uzaqlaşsın, bu ölkənin şiələrinə əzab-əziyyət verməkdən əl götürsün.

Ərdəbil universitetlərinin tələbə bəsicinin mövqeini açıqlayanşura bəyanatın sonunda vurğulayır:

Bir qrup nadan və muzdurun Azərbaycan Respublikasının müsəlmanları arasında təfriqə yaratmaq, bu ölkədə müxtəlif etnik qrupları təhrik etmək, İran İslam Respublikası və Azərbaycan Respublikası müsəlmanları və azəri dilliləri arasında münasibətləri korlamaq məqsədilə xəbiscəsinə hərəkətləri bərk pislənilir.

Bəyanatı imza edənlər:

Ərdəbil Əllamə Təbatəbai Fərhəngiyan Universitetinin Tələbə Bəsici

Ərdəbil Bintul-Huda Sədr Fərhəngiyan Universitetinin Tələbə Bəsici

Nir Azadeqan Fərhəngiyan Ali Təlim İnstitutunun Tələbə Bəsici

Nəmin Peyam-Nur Universitetinin Tələbə Bəsici
Nir Peyam-Nur Universitetinin Tələbə Bəsici

Rəzi Peyam-Nur Universitetinin Tələbə Bəsici
Ərdəbil Razi Texniki Kollecinin Tələbə Bəsici 

ƏrdəbilFatimə (ə) Texniki Kollecinin Tələbə Bəsici
Ərdəbil Nuvin Özəl Ali Təhsil Mərkəzinin Tələbə Bəsici

MüqəddəsƏrdəbiliÖzəl Ali Təhsil Mərkəzinin Tələbə Bəsici
Ərdəbil Əkinçilik Elmi-Praktiki İnstitutunun Tələbə Bəsici
Nəmin Yeni Texnologiya İnstitutunun Tələbə Bəsici

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button