AktualAktualArxivXəbər lentiXəbərlər

19 Yanvar, Azərbaycanlıların kimliklərinə qayıtdığı gün

Azərbaycanın dövlət rəhbərləri 31 dekabrı “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlandırmaları kimi özlərinə məxsus siyasət izləməklə 19 yanvar həqiqətini unutdurmağa cəhd etsələr də sözsüz ki, 19 yanvar Azərbaycan və İslam tarixində dönüş nöqtəsi olaraq yadda qalacaq
1990-cı il19 yanvar tarixi günü Azərbaycan Respublikası xalqının tarixində yadda qalacaq bir gün hesab edilir. Sovetlər Birliyinin ömrünün son aylarında Azərbaycan Respublikası xalqının böyük bir hissəsi öz həqiqi kimliklərini və əsillərini dərk edərək İran İslam Respublikası ilə ortaq sərhəddə toplaşdılar, sərhəd manelərini aradan qaldıraraq Araz çayını adladılar, öz dini inanclarını diriltmək və tarixi keçmişlərinə qayıtmaq üçün dərin etiqadlarını nümayiş etdirdilər. Azərbaycan xalqının öz daxilindən qaynaqlanan bu hərəkatın aşkar bir mesajı var idi və göstərdi ki, kommunist və ateist hökumətinin 70 illik hakimiyyəti, anti-İran, anti-din təbliği onların kimliyini əllərindən ala bilməmişdir. Həqiqətdə, Azərbaycan və İran xalqlarının dərin tarixi və dini bağlılıqları təyinedici bir amil olaraq özünü göstərdi, Sovetlər Birliyinin parçalanması və Azərbaycan Respublikasının müstəqilliyinin davamında bu ölkədə dini kimlik prosesi yeni mərhələyə qədəm qoydu.
Bununla belə Azərbaycanda sekülarların hakimiyyətə gəlməsi ilə xalqın dini kimliyə qayıtmasına əsaslı maneə yaratmaq üçün dini təzahürlərlə və islamçılarla hərtərəfli və ciddi mübarizənin şahidiyik. Azərbaycan dövlətinin hərəkət və rəftarını araşdırdıqda məlum olur ki, bu ölkənin dövlət rəhbərləri tərəfindən daim tarixi saxtalaşdırmaq, həqiqətləri, tarixi münasibətləri təhrif etmək, qeyri-həqiqi rəsmi münasibətlər qurmaq məqsədyönlü şəkildə izlənilib. Bu proqram çərçivəsində Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlandırması, ümumi fikri yayındırmaq və 19 yanvar hadisəsini kölgə altında qoymaq məqsədilə həyata keçirilən hərəkətlərdən idi. Amma diqqət etmək lazımdır ki, bu ölkə xalqının günbəgün dinə meylinin artması və öz qanuni haqlarını dinc yollarla tələb etmələri əhali arasında İslam maarifinin dərinləşməsini göstərir. Bu zəminədə Azərbaycan xalqının bu il Məhərrəm ayının ongünlüyündə, Tasua və Aşura günlərində əzəmətli toplantı və iştirakı mühüm və istinad ediləcək bir həddə meyar hesab olunur.
Azərbaycanın dövlət rəhbərləri 31 dekabrı “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlandırmaları kimi özlərinə məxsus siyasət izləməklə 19 yanvar həqiqətini unutdurmağa cəhd etsələr də sözsüz ki, 19 yanvar Azərbaycan və İslam tarixində dönüş nöqtəsi olaraq yadda qalacaq.
Ərdəbilin hörmətli imam cüməsi həzrət Ayətullah Amilinin 17 yanvar 2014-cü ildə cümə namazı xütbələrində 19 yanvarı “Dünya Müsəlman Azərbaycanlıları Günü” adlanması və “azəri nəslinin öz kimliyinə qayıtması günü” elan edilməsi çox münasib və müdrik addım idi. Bu hərəkət 31 dekabr adlanan münasibəti ciddi şəkildə əngəllədi. 19 Yanvar gününü dəyərləndirilməsində diqqət edilməsi mühüm və əsas məsələ budur ki, Azərbaycan xalqının 1990-cı ildə öz dini kimliyinə qayıtması üçün atdığı addım heç də həyəcan, emosiyalardan doğan və ötəri bir hərəkət deyildi. Əksinə bu həqiqi və davamlı bir hərəkət idi. Ona görə də əziz tutulmağa layiqdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button