AktualAktualArxivXəbər lentiXəbərlər

İsraildə nəş olunan “ynetnews “ sionist qəzeti: şiə ölkəsi olan Azərbaycan İsrailin vurğunudur

Sionist qəzeti İsrail-Azərbaycan əlaqələrini təhlil edərək sionist rejiminin Azərbaycan respublikasına yaxınlaşmasının ən böyük səbəbini bu ölkənin İranla həmsərhədd olmasında və yeni sərhədd siyasətinin həyata keçirilməsində görmüşdür
Baş nazir B. Netanyahunun Azərbaycan və Qazaxıstan respublikalarına etdiyi son səfəri İsrailin müsəlman ölkələrlə əlaqələrini gücləndirmək istiqamətindəki siyasət görsənən qatıdır. Keçmiş nazir Efraim Sene bunu yeni sərhədd siyasəti adlandırmışdı. Bu, əslində 1950-ci illərin sonlarında başlanan “qədim sərhədd” siyasətinin davamıdır. Vaxtı ilə baş nazir Deyvid bin Qorion Misir respublikasının prezidenti Kamal Əbdünnasir və Nasiirizmin qarşısında Türkiyə, İran və Etyopiyanı müttəfiq kimi seçdi. İran inqilabı, SSRİ-nin parçalanması, İraqın işğalı, Səddam Hüseynin devrilməsi və Ərəb baharı (islami oyanış) əməkdaşlıq üçün yeni şərait yaratdı, regional və beynəlxalq müstəvilərdəki dəyişikliklər yeni imkanlar meydana gətirdi. Bu arada Azərbaycan respublikası ilə İsrail arasında əməkdaşlıq nadir bir mövzudur. Çünki əvvəla bu, şiə bir ölkə və İranla həmsərhəddir və bunların arasında geniş iqtisadi və dini əlaqələr vardır. Ikincisi, İranın müxalifidir və bizim tərəfimizdən ekstremist məzhəbə qarşı təhrik olunan sekolar bir dövlətdir və İsrailin sərhədd siyasətinin hədəflərinə yetişməsinə səbəb olur. İsrailin Azərbaycanda üç böyük marağı vardır: birincisi, İsrailin İran sərhəddinə yaxınlaşmasıdır ki, bizim üçün nüvə silahı və İranın tərəfdarlarına (müqavimət oxuna) nəzarət mövzusundakı müharibədə əlverişli şərait yarada bilər. Bu istiqamətdə İsrailin İrana ehtimali hücumunda o ölkənin hərbi qərargahlarında yanacaq doldurma imkanı irəli sürülmüşdür. Bu, Ərəbistan haqqında da irəli sürüldü. Lakin hər iki ölkə bunu təkzib etdilər. ikincisi, Azərbaycan İsrailin ucuz yanacaq tələbatını təmin etməyə zəmin yaradır. Müxtəlif mənbələrin yazdığına görə İsrail Azərbaycan neftinin 50 faizini alır. Neft Bakı-Ceyhan kəməri ilə Türkiyəyə, oradan da tankerlərin vasitəsilə Üşdud limanına daşınır. Maraqlıdır ki, şiə ölkəsi olan Azərbaycan İsrail yanacağının ən böyük təminedicisidir. Üçüncüsü, İsrail Azərbaycan ordusunun qayıq və digər sərnişinsiz nəqliyyat vasitələrinin mühüm bir təmin qaynağıdır. Müxtəlif raportlara əsasən Netanyahunun səfərində “dəmir günbəz” müdafiə sistemi Azərbaycana satılmışdır. Bu alverin məbləğı neçə milyard dollardır. Qəzet sonda islam ölkələri arasında ixtilaf törətmək üçün dəlilsiz, sübutsuz İranofobiyaya keçir və Azərbaycan dövlətinə təklif edir ki, İranın nüfuzu qarşısında möhkəm dayansın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button