ArxivXəbər lentiXəbərlər

YANVARIN 14 DƏ ŞAMAXIDA MITINQ OLACAQ

Yanvarın 14- də Şamaxıda rayon fermerlərinin etiraz aksiyası keçiriləcək.

Fermerlər mitinq keçirmək üçün yerli icra hakimiyyəti orqanına müraciət ediblər.

Aksiyanın səbəbi fermerlərə məxsus olan torpaq sahələrinin onların əlindən zorla alınmasıdır. azadlıq.info ilə əlaqə saxlayan fermerlərdən biri bildirib ki, söhbət minlərlə hektar torpaq sahəsindən gedir.

«Hacıqabuldan Ağsuya və Şamaxının ucqar kəndlərinə qədər olan böyük örüş və otlaq sahələri zorla sahibkarlardan alınır,Paşayevlerin mülkiyyetine qatılır.

Bu ərazilərdə 150 min başa qədər qoyun-quzu saxlanılır və bu heyvanları da cəmi bircə ayın içində kəsimə vermək lazım gələcək.

Fermerlərə qəpik-quruş təklif edilir, etiraz edənlərə isə ümumiyyətlə heç ne verilməyəcəyi ilə hədələyirlər»- deyə sahibkar bildirib.
Əlavə edək ki, bu kampaniya keçən illər ərzində Aran Qarabağdakı fermerlərin bankrot edilməsi ilə başa çatıb. İndi isə Şirvan çölündəki bütün sahibkarlar müflis edilir./euroasianews/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button