AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Haşimi Rəfsəncaninin Azərbaycan Respublikasına səfərindən bir xatirə/foto

Baltik ölkələrinin müstəqil olması və bunun ardınca digər ölkələrin də müstəqillik elan etmələrinin ardınca Sovetlər Birliyi yetmiş illik kommunist hökumətindən sonra artıq öz mahiyyətini itirdi və onun yerində on beş müstəqil dövlət yarandı.
Sovetlər Birliyinin parçalanmasından bir neçə il öncə Azərbaycan Respublikası ilə əlaqələr və siyasi münasibətlər genişlənməkdə idi. İranın o zamankı prezidenti höccətül-islam vəl-müslimin Haşimi Rəfsəncaninin Azərbaycan Respublikasına səfəri dönüş nöqtəsi olmuşdur və bu səfər Azərbaycan xalqının yaddaşında unudulmaz xatirələrlə qalmışdır.
Azərbaycan Respublikasının möminlərindən bir qrupu İran prezidentinin Moskvaya səfər etməsindən xəbər tutduqda bu şəhərə yola düşür. Ancaq onunla görüşməyin mümkün olmadığını və Azərbaycana səfər edəcəyindən xəbərdar olduqda dərhal Bakıya qayıdırlar. İslamçılar, Haşimi Rəfsəncaninin Azərbaycana səfər edəcəyini bir sutka ərzində bütün möminlərə çatdırırlar. Xalqın belə tezliklə xəbərdar olması Azərbaycanın hökumət və təhlükəsizlik orqanlarının heyrətinə səbəb olur.
Hacı Əlikram, höccətül-islam vəl-müslimin Haşiminin səfəri barədə xatirələrini belə vəsf edir:
“Cənab Haşimi Rəfsəncaninin SSRİ-yə səfər etməsindən əmin olduqdan sonra 8 nəfər hacı ilə birlikdə Moskvaya yola düşdük. Ancaq onunla görüşə bilmədik. Moskva müsəlmanlarından bir nəfərinin möcüzəsayağı köməyi ilə bilet alıb Bakıya qayıtdıq. Telefon vasitəsilə camaatı xəbərdar etdik. Azərbaycana gəldiyi gün onu qarşılmağa çıxdıq. Çoxlu camaat toplaşmışdı. Camaatda onun görüşünə böyük şövq yaranmışdı.
Hökumət azərbaycanlı qızların rəqsi ilə onu qarşılamaq istəyirdi. Hacı Nadir adlı azərbaycanlı bir mömindedi ki, cənab Haşimi İslam nümayəndəsidir. Onu rəqslə qarşılayacaqları surətdə onların hamısını qanına qəltan edəcəyi ilə təhdid etdi. Bundan sonra hökumət rəqs proqramını ləğv etdi.
Cənab Haşiminin elan edilmiş hərəkət yolunun dəyişdirilməsinə baxmayaraq camaat yeni yola gedərək onu qarşıladı. Camaat İran əhalisi kimi “Allahu Əkbər”, “La ilahə illəllah” və s. (dini) şüarlar səsləndirərək onu qarşılayırdı. Belə ki, onun özü də belə bir xalq hərəkatını gözləmirdi və mətbuat konfransında dedi: “Onlar (Azərbaycan əhalisi) iranlılar kimidir və mən elə hiss edirəm ki, İrandayam”.
Şəhidi Arasbaran, Abdulhüseyn (1385), “Xatirati Əli İkram Əliyev”, Tehran, İntişarati mərkəzi əsnadi inqilabi islami.

000122-sayt 1993-09-28_1 download heydar-aliyev-refsancani-1993-27-okt iran-hashimi qobi6 tumbnail3

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button