ArxivXəbər lentiXəbərlər

Selefxeber.com saytı Səudiyyə agentidir – yerli dövlət orqanlarına xəbərdarlıq!

“Sələfxəbər” saytının rəhbərlərə itaətin vacibliyi ilə bağlı mövqeyini tənqid edib bu saytın İlham Əliyevi adil yoxsa zalım rəhbər bilməsi barədə məqalə dərc etmişdik. (Məqaləni bu linkdən oxuya bilərsiniz: http://www.nur-az.com/az/author_articles/view/802/M%C3%BCnt%C9%99zir-M%C9%99hdi) Həmin yazıda vahhabilərə sual ünvanlamışdıq ki, onlar hansı standartlara uyğun olaraq İlham Əliyevi əmr sahibi və itaət edilməsi vacib olan rəhbər hesab edir. Bundan sonra həmin sayt tənqidlərimizi nəzərə alıb həmişə fətva üçün müraciət etdikləri Ali Səud şeyxlərindən olan Saleh əl-Fauzana bir daha müraciət edib. “Şeyx” isə bu dəfə “İtaət keçmişdəki rəhbərlərə xasdır, yoxsa müasir rəhbərlərə də aiddir?” sualına belə cavab verib: “Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisləri qiyamət gününə qədər vaxtı əhatə edir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisdə deyib ki, “məndən sonra yaşayanınız çoxlu ixtilaf görəcəkdir. Bu halda siz mənim və raşidi xəlifələrimin sünnəsindən tutunun (dediklərinə itaət edin).” Digər rəvayətdə isə belə demişdir: “Mən sizə Allahdan qorxmağı, eşidib itaət etməyi əmr edirəm.”
Əvvəla qeyd edək ki, “raşidi xəlifələr” vahhabilərin nəzərində Əbubəkr, Ömər, Osman və Həzrət Əli (ə) idi. İndi isə müasir rəhbərlər də raşidi xəlifələr hesab edilməyə başlayıb. Hər halda “Şeyxin” fətvasından belə başa düşülür. Yoxsa müasir rəhbərlərdən danışarkən raşidi xəlifələr sözünü niyə işlətsin. Bu gedişlə Obama da raşidi xəlifə sayılır. İkincisi “şeyxin” gətirdiyi ikinci rəvayət Peyğəmbərdən (s) eşidilibsə də “şeyxin” anladığı kimi deyil. Çünki “hədisin” tən yarısında Peyğəmbərin (s) Allaha itaətin vacibliyini buyurmasından danışılır, qalan hissəsində isə zalım diktatorlara itaətin vacibliyi qeyd edilir. (Hər halda “şeyxin” mövzuyla bağlı bu rəvayəti gətirməsi belə deməyə əsas verir) Çünki “müasir rəhbərlər” dedikdə diktatorlar, hətta saytın peyğəmbərinin dediyi kimi “arxadan vuran”, “malı qəsb edən”, nə bilim “üzə tüpürən” rəhbərlərə də itaət vacibdir. Vicdan sahiblərinə üzümüzü tutub soruşuruq: Allahdan qorxmaqla zalım rəhbərə itaət etmək bir yerə sığırmı? Bunu hansı ağıllı adam qəbul edə bilər.
“Şeyx” nağılına belə davam edir: “Deyilənlər keçmiş zamana deyil, qiyamət gününə qədər olan vaxtda ümmətə şamildir. Çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) şəriəti qiyamət gününə qədər hər vaxtda şamildir. Ümumiyyətlə Quran və sünnədən olan bütün dəlillər qiyamət gününə qədər hər vaxta şamildir. Kim bu əhkamları vaxta görə fərqləndirirsə, bu ya cahildir, ya da insanları azdıran. Belə insan şəriəti naqislikdə və keçmişə aid olmaqda ittiham etmiş olur.”
Bir dəfə də yazıb bu barədə məlumat vermişik (müraciət üçün: http://www.nur-az.com/az/author_articles/view/741) təəssüf ki, adı çəkilən sayt hələ də suallarımızı cavabsız qoyub. Amma həqiqətən bu sayt və onların şeyxləri əsil müsəlman, dəvətçi olsaydılar bizim suallarımıza cavab verərdilər.
Əgər deyilənlər keçmiş zaman aid deyil, qiyamət gününə qədər ümmətə şamildirsə, o zaman “şeyxdən” bir daha təmənnamız var, zəhmət çəkib raşidi xəlifə, rəhbər, zəmanəsinin imamı, möminlərin əmiri, səhabə, Əhlibeytdən (ə) olan İmam Əliyə (ə) qarşı baş qaldıran Müaviyə, Aişə, Təlhə, Zübeyr, Mərvan, Vəlid, Abdullah ibn Zübeyr və bu kimilər haqqında həqiqi hökmü desin.
Əlbəttə, bir başqa Ali Səud mollası “şeyx” Xalid əz-Zafirinin fətvası həmin saytda dərc edilib, amma “Əhli-sünnənin səhabələr arasında baş verən hadisələrə münasibəti” başlığı altında. “Şeyx” deyir: “Səhabələr arasında baş vermiş münaqişələr və döyüşlər haqqında əhli sünnənin etiqadı budur ki, bu məsələlərə müdaxilə etmək, bu haqda danışmaq olmaz. Bəziləri Əli (Allah ondan razı olsun) ilə Müaviyə, Talha və Zubeyr (Allah onlardan razı olsun) arasında baş verən hadisələrdən bəhs edən xüsusi dərslər təbliğ edirlər. Halbuki bizə vacib olan budur ki, biz səhabələr barədə dilimizi qorumalı, onlar haqqında yalnız yaxşı danışmalıyıq.”
Daha sonra “şeyx” bildirir ki, səhabələrin etdiyi səhvlər təbiidir, məsum deyillər, ictihad edib xətaya düşüb bir savab qazanıblar.
Buradan məlum olur ki, əslində Ali Səud mollaları bilərəkdən İmam Əliyə (ə) qarşı çıxan məlun orduları “səhabə” adıyla təqdim edir. Biz isə bu dırnaqarası şeyxlərdən istəyirik ki, bu mövzunu “səhabələr arasında ixtilaf” kimi deyil, “Raşidi xəlidə, əmir sahibi, rəhbər, zəmanə imamı, möminlərin əmiri olan İmam Əliyə (ə) qarşı çıxan insanların hökmü” başlığı altında təqdim edib zəmanə imamına qarşı çıxan şəxsin ölərkən cahiliyyə dövrünün ölüsü kimi ölməsi barədə danışsınlar. Nə üçün azğın, diktator Ali Səudu daimi hakimiyyətdə saxlamaq naminə gəlmiş-keçmiş bütün rəhbərlərə itaətin qeydsiz-şərtsiz vacib olmasını təbliğ edən bu hökümət mollaları İmam Əli (ə) kimi adil bir rəhbərə qarşı çıxan insanların bu əmlini “səhabələr arasında baş verən ixtilaflar” kimi səciyyələndirir? Bəs hanı bunların ədaləti?

Dövlətin təhlükəsizliyindən məsul olan orqanlara müraciət

“Sələfxəbər” saytı açıq-aşkar başda İlham Əliyev olmaqla hakimiyyətə meydan oxuyur. Çünki bu sayt nümayişkəranə bir şəkildə bildirir ki, biz əslində Ali Səudun mətbəxində bişmiş vahhabi mollalarına tabeyik. Hər gün onların sərsəm fətvalarını dərc etmələri buna bariz sübutdur. Bu sayt və onların fətvalarıyla oturub-duran yerli vahhabilər hətta qidalanmaq, təbii ehtiyaclarını qarşılamaq, danışmaq, susmaq, oturmaq, qalxmaq üçün belə həmin mollalara müraciət edib fətvalarına uyğun əməl edirlər. Başqa sözlə özlərinin kontrolunu tamamiylə onların ixtiyarına qoyublar.
Hələ ki, Ali Səud mollaları bunlara yerli hakimiyyət əleyhinə fətva verməyib. Amma bu təhlükə hər zaman göz önündə tutulmalıdır. Bir daha xəbərdarlıq edirik: Ali Səud mətbəxində bişən bu mollaların dedikləri nə Quran, nə də Əhlibeytlə (ə) müvafiq deyil. Bunlar lazım gəldikdə rəhbərə qarşı çıxır, lazım gəldikdə susurlar. Baxın elə vahhabizmin qurucusu olan Mühəmməd ibn Əbdülvəhhab lənətullah özü yaşadığı ərazinin hökümətinə qarşı fətvalarla çıxış edib, yəni bu cərəyanın fundamenti elə hakimiyyətə qarşı çıxmaq əsasında bina edilib. Bu mollaların qeydsiz-şərtsiz tabe olduqları Ali Səud özü zəmanəsinin və ərazilərinin hakimiyyətlərinə qarşı çıxıblar. Bunların imam bildikləri insanlar rəhbər, əmr sahibi, xəlifə olan İmam Əliyə (ə), İmam Həsənə (ə) qarşı baş qaldırıb. Amma, bu gün məsləhət bilib baş qaldıran müaviyələri, zübeyrləri, aişələri, təlhələri, mərvanları azğın, cahil hesab etmək əvəzinə onların adlarını zikr edəndə “Allah onlardan razı olsun” deyirlər. Bu mollaların rəhbərləri olan Ali Səud höküməti Suriyada rəhbər olan Bəşar Əsədi devirmək üçün dəridən-qabıqdan çıxır.
Bu dırnaqarası mollaların bugünkü fətvaları keçmişdə əməvilərə, abbasilərə sərf edirdi, bu gün də Ali Səuda, ABŞ-a, NATOya, Qərbə sərfəlidir. Bunların fətvaları Ağ evdə senzuradan keçib sonra dərc edilir. Ali Səud höküməti öz mollalarının vasitəsiylə bu şəbəkəni idarə edən və onların fətvalarıyla oturub-duran yerli vəhhabiləri nəzarətdə saxlayır. Əlverişli fürsətin ələ düşməsini gözləyir. Yerli dövlət orqanları gələcəkdə yarana biləcək real təhlükənin qarşısını almaq üçün müvafiq addımlar atmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button