ArxivIslamXəbər lentiXəbərlər

Ali Rəhbər Ayətullah Haşimi Rəfsəncaniyə cənazə namazı qıldı – FOTO

Ali Rəhbər Ayətullah Xamenei bu gün səhər Tehran Universitetində islami hərəkat və mübarizə illərinin həmsəngəri, köhnə dostu, islami respublika dövründə uzun illərin yaxın həmkarı olan Ayətullah Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin cənazə mərasimində iştirak edib.
 
Maide.Az xəbər verir ki, İran xalqının nümayəndələrinin, prezident, hökumət və ordu rəhbərlərinin iştirakı ilə, hüzn və kədər dolu bir atmosferdə keçən mərasimdə Ali Rəhbər mərhum Ayətullah Haşimi Rəfsəncaninin nəşinə cənazə namazı qılıb. 
 
Qeyd edək ki, Ali Məqamlı Rəhbər sabah yanvar ayının 11-də saat 09:30-dan 12:00-a qədər İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ayətullah Haşimi Rəfsəncaniyə həsr olunan anım mərasimi təşkil edəcək. Ayətullah Xamenei tərəfindən təşkil olunacaq məclisdə ölkə rəsmiləri ilə yanaşı, Tehranda olan diplomatik korpus nümayəndələri və Ə.H.Rəfsəncaninin dəfn mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək ölkə prezidentləridə iştirak edəcək. 
 
Ayətullah Haşimi Rəfsəncani  yanvarın 8-də 82 yaşında vəfat edib. Mərhum Rəfsəncani İmam Xomeyninin (rəh) məqbərəsində Onun qəbrinin yanında dəfn olunacaq.  
 
Hazırda Tehranda Ayətullah Haşimi Rəfsəncaninin izdihamlı dəfn mərasimi keçirilir. 
 
 
 
 
 
 
 
 
 
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button