ArxivIslamNardaranXəbər lentiXəbərlər

Bu gün Natiq Kərimovun məhkəməsi başlayır

Prosesin qapalı keçiriləcəyi ehtimal edilir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə Nardaran hadisələri ilə bağlı dövlətə xəyanətdə təqsirli bilinən Nardaran qəsəbə sakini Natiq Kərimovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Məlumata görə, prosesin qapalı keçiriləcəyi ehtimal edilir.

Təqsirləndirilən şəxs N.Kərimov Trend-ə bildirib ki, o prosesin açıq keçirilməsi və məhkəmə iclaslarında jurnalistlərin iştirak etməsi üçün vəsatət qaldıracaq.

N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button