AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası əhalisi dövlətin zorla qəbul etdirdiyi və saxta kimlikdən qaçır/31 dekabr hadisəsinə etinasızlıq və 19 yanvarın qarşılanması

Azərbaycan Respublikası yetmiş ildən çox ateist və kommunist hakimiyyəti altında yaşadı. Bu hökumət müsəlmanlara dini mərasimlərini icra etmək üçün də icazə vermirdi. Bundan bezmiş Azərbaycan xalqı 1990-cı il, 19 yanvar çox soyuq bir qış günündə Araz çayının sahilində toplaşdı, Allahu Əkbər, La ilahə illəllah şüarları səsləndirərək sovet hökumətinin sərhəd maneələrini və tikanlı məftillərini adlayaraq özlərini Arazın soyuq və buz bağlamış suyuna vuraraq İran torpağına ayaq basdılar, İran İslam Respublikasının müqəddəs torpağını öpdülər, bu torpağa baş qoyaraq şükür səcdəsi yerinə yetirdilər. Uzun illər boyu din və məsciddən uzaq saxlanılmış insanlar məcsidlərə tərəf axışdılar, Quranları və İmam Hüseyn (ə) bayraqlarını sinələrinə sıxdılar. İrana ayaq basmış bu insanlar imperiya müqaviləsinin tamam olduğu və öz ana vətənlərinə qovuşmaları hissiyaşayırdılar. Şübhəsiz, azəri müsəlmanlarının bu hərəkəti onların ürəklərinin dərinliklərində gizlənmiş dini inanclara və əsilliyə qayıdışı göstərirdi. Bu hislər birdən birə zühur etdi, onları öz dini, milli mədəniyyət və kimliyə qayıdış yolunda qərar verdi. Ancaq onların şücaət və qəhramanlıq hislərinin büruz etməsi kommunist rejimi tərəfindən cavabsız qalmadı. 20 yanvar günü kommunist ordusu Bakının müsəlman, məzlum və müdafiəsiz əhalisinə hücum edərək onlardan bərk intiqam aldı. Ancaq bu böyük hadisə “Dünya Müsəlman Azəriləri Günü” kimi həmişəlik olaraq tarixə düşdü və Azərbaycanın inanclı müsəlman xalqının iftixar sənədi kimi qeyd olundu. Lakin, o zaman Naxçıvan MR-nın Ali Şurasının sədri olan Heydər Əliyev Azərbaycan Respublikasının müsəlman əhalisinin gələcək istəklərini proqnozlaşdıraraq 1993-cü ildə Bakıya daxil olduğu ilk günlərdə 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik günü adlandırdı. Bu xaincəsinə və saxta tarixdən 23 il ötməsindən sonra 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 31 dekabr münasibətilə bəyanat verərək özünü bütün dünya azərilərinin rəhbəri adlandırıb! Azərbaycan Respublikasının prezidentinin son günlərdə dünya azərilərini bu ölkənin maraqlarını təmin etməyə təlaş etmək üçün təhrikedici çağırışı elə bir halda baş verir ki, əgər o, bir ölkənin ən yüksək səviyyəli rəhbəri olaraq tarixə nəzər salsaydı və elə də uzaq olmayan zamanda Azərbaycanın İranın ərazisi olduğunu mütaliə etsəydi, sözsüz ki, etnik mənsubiyyət məsələlərinə daxil olmazdı. Həqiqət budur ki, Azərbaycan Respublikasının dövlət adamları 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik günü kimi simvolik elanları ilə Azərbaycan Respublikası xalqının İslam və İranla tarixi və mədəni bağlılıq hərəkətlərini təhrif etdilər. 31 dekabrın xristian dünyasının yeni ili ilə eyni vaxta düşdüyü və bir tərəfdən də Rusiya çarlığı və kommunist hakimiyyəti tərəfindən yeni milad ilinin gəlişinin Azərbaycan xalqının mədəniyyətinə yeridildiyi üzündən ölkə əhalisinin kortəbii olaraq bu günü qarşılayaraq tətil etməsinə rəğmən Azərbaycan Respublikasının Milli Məclisi və dövləti həmin günü dünya azərbaycanlılarının həmrəylik günü adı ilə ölkənin rəsmi təqviminə salmış və  “milli” bir gün kimi təqdim etmişdir. Üstəlik, bu ölkənin müxtəlif dövrlərə aid olan tarix dərsliklərində də İran və daima İran ərazisinin bir hissəsi olmuş Arazın şimal sahili ilə bağlı təhrif edilmiş tarix yer alaraq Azərbaycan Respublikasının uşaqlarına, yeniyetmələrinə və gənclərinə sırınmışdır. Ancaq diqqəti çəkən məsəslə budur ki, Azərbaycan Respublikasının dövlət adamlarının tarixi təhrif etmək, bu diyarın xalqını öz həqiqi kimliklərindən uzaq saxlamaq üçün etdiyi bu təlaşlarına baxmayaraq dünyanın müxtəlif yerlərində yaşayan azəriləri bu saxta tarixləri qəbul etməmişdir. Xüsusilə də 31 dekabrın tarixi və əqli bir əsası olmadığı və qondarma mahiyyətə söykəndiyindən azərilər, əsasən də azəri mütəfəkkrlər və ziyalılar tərəfindən qarşılanmamışdır. Amma bunun əvəzində tarixi və əqli dəstəyi olan 19 yanvar Dünya Müsəlman Azərilər Gününü qarşılamış və müxtəlif məqalələrində onu tarixdə dönüş nöqtəsi kimi xatırlayıblar, Azərbaycanın müsəlman əhalisinin iftixar sənədi bilmişlər. Hər halda Azərbaycan dövləti bu günlərdə xalqın dini inancarını onların əlindən alaraq qərb mədəniyyətini sırımaq istəsə də bu ölkə xalqı hər gün qabaqkından daha artıq İslam dəyərlərinə təmayül göstərir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button