ArxivXəbər lentiXəbərlər

İstanbulda gecə klubunda ölənlərin 7-si səudiyyəlidir (SİYAHI)

İstanbulda Ortaköydə məhşur Reina əyləncə mərkəzinin gecə klubunda baş vermiş hücumda ölənlərin əksəriyyəti müxtəlif ölkələrdən olan ərəblərdir

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, yeni il gecəsi İstanbulda Ortaköydə varlıların getdiyi və İstanbulun ən tanınmış 5 gecə klubundan biri olan “Reina”da baş vermiş hücumda ölənlərin əksəriyyəti müxtəlif ölkələrdən olan ərəblərdir.

Bu haqda rəsmi açıqlama verilib. Açıqlamaya görə, ölənlərin 12-si türk, 7-si səudiyyəli, 3-ü livanlı, 2-si tunisli, 2-si İordaniyalı, 1-i küveytli, 1-i suriyalı, 3-ü iraqlı, 2-si hindistanlı və 1-i İsraillidir.

Həmçinin yeni verilən məlumata görə, xəstəxanada olan yaralılardan biri də ölüb və ölənlərin sayı 40 olub.

Qeyd edək ki, İstanbulun dəniz qırağındakı Ortaköy bölgəsində “Reina” adlı tanınmış gecə klubunda qeyd edilən yeni il şənlyinə hücum edən naməlum terrorçu ilk öncə qapıdakı polis və vətəndaşı güllələyərək içəridəki insanlara avtomatik silahdan atəş açıb. Polis hələki terrorçunun kimliyini təsbit edə bilməyib. Hazırda mühafizə kameraları və küşələrdəki müşaidə kameraları izlənərək araşdırma aparılır. Ətraflı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button