AktualAktualArxivXəbər lentiXəbərlər

Mehriban şəhərinin imam cüməsi: Azərbaycanın prezidenti sionist rejimlə münasibətlərinə yenidən baxsın

Mehriban şəhərinin imam cüməsi Azərbaycan Respublikasının prezidentinə xəbərdarlıq edərək deyib: “Azərbaycan ölkəsinin prezidenti bilsin və ibrət alsın ki, sizdən qüdrətli rəhbərlər Amerikaya arxalanaraq, Sovetlər Birliyinin parçalanmasına səbəb oldular”.
Qafqaz Mədəniyyət Mərkəzi –Höccətül-islam vəl-müslimin Həsən Mürsəli bu həftə Mehriban şəhərində keçirilən cümə namazı xütbələrində həftənin münasibətlərinə işarə edib və 13 dey günü İmam Xomeyninin (rh) 1367-ci günəş ilində sabiq Sovetlər Birliyinin rəhbəri Qorbaçova məktub göndərməsini xatırladaraq deyib:“İmam Xomeyninin (rh) Qorbaçova yazdığı məktubun mətnindən heç kəs, hətta təhlükəsizlik və kəşfiyyat orqanları da xəbər tuta bilmədi. Ona görə də indi Sovetlər Birliyini dünya tarix muzeyində axtarmaq lazımdır. SSRİ qərbə inandığı üçün belə böyük məğlubiyyətə uğradı”.
Xətib bu məktubun Azərbaycan Respublikasının prezidentinə də bir ibrət ola biləcəyini vurğulayaraq deyib: “Azərbaycan Respublikasının prezidenti bilsin və ibrət alsın ki, ondan qüdrətli rəhbərlər Amerikaya arxalanaraq Sovetlər Birliyinin parçalanmasına səbəb oldular”.
Mürsəli, Azərbaycan Respubliksının prezidentinə xitab edərək deyib: “Müsəlmanların və minlərlə günahsız uşağın qatilini ölkəyə buraxmamalı idiniz. Habelə, Türkiyənin prezidentinə də eyni xitabı edib deyirəm ki, qondarma sionist rejimiilə öz münasibətlərinizi genişləndirməyin”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button