ArxivXəbər lentiXəbərlər

Putin və Ruhani Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Qafqaz.ir-ın APA-ya istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

“Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət və iqtisadi sahədə birgə prioritet layihələri, dünya karbohidrogen bazarlarında addımların əlaqələndirilməsini və Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər”, məlumatda deyilir.

İki ölkə lideri həmçinin avqustun 8-də Bakıda imzalanmış müqavilələrin həyata keçirilməsini nəzərdən keçirib.

Xatırladaq ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün sonunda Bakı bəyannaməsi imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button