ArxivXəbər lentiXəbərlər

Bakıda dini dükanlarda reydlər başlayıb

Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib
Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə “Sədərək” Ticarət Mərkəzində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada monitorinq keçirib.
Komitənin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyən etdirilməsindən ibarət olunub.
Həyata keçirilən reyd zamanı bəzi mağazaların dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı, bəzi mağazalarda satılan dini təyinatlı ədəbiyyat nümunələrinin nəzarət markası ilə markalanmadığı, eləcə də həmin mağazaların ətrafında dini atributların asıldığı aşkar edilib.
Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. Hazırd

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button