ArxivXəbər lentiXəbərlər

QAZAXDA CÜMƏ MƏSCIDI RADIKAL QRUPLARIN ƏLINDƏ,İMAM ZAMAN(Ə) MƏSCIDI DAĞIDILIR

Qazax rayonunda insanlığa,İslama sığmayan hadisə baş verib.Beləki yerli sakinlərin öz hesabına tikdirdiyi məscidin avadanlığı aparılıb,məsciddə dini ayinlərin yerinə yetirilməsinə qadağa qoyulub.Məscidin fəaliyyətinə qoyulan qadağaların radikal qruplaşmaların,yerli idarəetmə strukturlarının olması səbəbindən geniş araşdırma aparmağımız lazım gəldi.
 
Uluyol.info xəbər verir ki,əvvəllər İslam inancında olan insanların şiə və sünni kimi qeyd edirdiksə,bu gün onlarla təqriqətlər yaranıb və buda ölkədə sabitliyin qorunmasına təhlükə yaratmaqdadı.Təriqətlərin yaranmasında bəzi qüvvələrin maraqlı olması sirr deyil.Bəzi rayonlarımız var ki, əhalinin böyük əksəriyyəti şiə əqidəsində və yaxud əksinə sünni məzhəbindədir.Qazax rayonu isə demək olar ki,sünni-şiə yarıbayarı təşkil edir(di).Son illər bu rayonda digər radikal qruplaşmaların sayı artmaqdadır.
 
Qazax rayonunda yerləşən Cümə Məscidi əsasən sünni məzhəbində olan insanların toplaşdığı yer olub.Vəhabilərin bu rayona son illər gəlişi burada yerli inanclı şəxsllərin sıxışdırılıb aradan çıxması ilə məsciddə söz sahibi vəhabilərin əlinə keçmişdir.Yerli sakinlərin bildirdiyinə görə cümə günləri məscidə gələnlər vəhabi imamın gəlişini gözləməli,heç kəs qeyri-ixtiyari namaz qılıb ,digər dini ayinləri yerinə yetirə bilməz.Vəhabi təriqətinin rayonda lideri Doktor Vüqardır.
 
Rayonun Cümə məscidinin vəhabilər tərəfindən zəbt edildiyin görən yerli sakinlər öz hesablarına məscid tikmək qərarına gəlirlər.Uluyol.info-ya danışan təşkilatçı Rəşad Ələkbərov bunları qeyd edir:
“Bu müqəddəs günlərdə ibadətimizə əngəl yaradırlar.Kənardan gəlib məscidimizi zəbt ediblər.Məndə qərara gəldim ki,öz həyətyanı sahəmdən yer ayıram və İmam Zaman(ə) adına məscid tikib ehsan edəm.Qazax rayonu Əhməd Seyidov küçəsində yerləşən həyətimdən 10 sot torpaq ayırıb 2012 ci ilin iyulun 6-da tikintiyə başladıq.4 il ərzində əlimizə düşən pulu toparlayıb ,tikinti üçün lazım olan avadanlığı aldıq.Əvvəllər bilirsiz ki,məscid tikmək üçün harasa sənəd verib,kupça almaq lazım deyildi.Son illər dini ayinlərin keçirilməsi,məscidlərin dövlət qeydiyyatı bu kimi işlər aparıldığından yayda bütün işlərimi dayandırıb ,düşdüm sənəd-sünəd dalınca.Sənədlərin hazırlanması üçün bizi Qafqaz Müsəlmanları İdarəsinin region üzrə məsul şəxsi Eldəniz Vəliyevə yönləndirdilər.Eldəniz Vəliyevlə görüşdük,məsələnin nə yerdə olduğun danışdıq.Bütün sənədlərin QMİ-də qeydiyyata alınması,və başqa prasedur sənədlərin hazırlanması üçün bizdən 2000 manat pul aldı.Çox keçmədiki,Eldəniz Vəliyev bizə dedi ki,”o məsciddə otura bilərsiz,amma azan,namaz olmaz”.Belə olduğu halda bizdə verdiyimiz 2 min manatı geri istədik.Amma bu günə kimi boynuna qoya bilmirik ki,daha doğrusu boynuna almır ki,bizdən pul alıb.Pulu geri almaq üçün təkrar görüşdük və mən ona xatırlatmağa başladım.Pulu verən vaxtı biz ona qonaqlıq vermişdik,şəkil çəkdirmişdik.Sual edəndəki,yaxşı bizi tanımırsan onda bu şəkillərlər nədir?Görüşümüzü xatırlasada,aldığı pulu bu günə kimi danır…
Qazaxda cümə məscidin vəhabilər ələ alıb,şiyə məscidi dağıdılır
Bir neçə ay öncə Eldəniz Vəliyevin bizdən adığı 2000 manatın qaytarılması üçün mətbuat vasitəsilədə işıqlanmışdı,hüquq mühafizə orqanlarına müraciət etdik.Bu günə kimi geri ala bilməmişik.Biz öz hesabımıza məscid tikirik,QMİ-də çox sağ deməli,məscidin fəaliyyəti üçün lazımı sənədlərin hazırlanmasına yardımçı olmalıdır.Mənzərə isə tam əksinə,idarənin ayırdığı məsul şəxs fırıldaqçılıqla məşğul olur.Sonra deyirlər ki,ölkədə dini radikalizm artır.Artacaqda qardaş,niyədə artmasın. Məscidlərdə kənar qüvvələrin gəlib gənclərimizi başdan çıxarmasına göz yumanda,xarici ölkələrin həmin radikal qruplaşmalara ayırdığı pullarla tədbir keçirəndə,dini ədəbiyyat paylayanda qarşısı alınmayanda necə olmalıdır bəs?!”
 
Uluyol.info olaraq araşdırma zamanı məscidin qeydiyyat məsələsində yaranan problemin arxasında dayanan maraqlı adlarla qarşılaşdıq.Beləki, İlham Hoca kimi tanınan – Süleymanov İlham Alı oğlu rayonda nurçuluğun yaranmasında “əməyi keçən” insanlardandı.Məhz onun rayonda şiə məscidinin inşa olunmasından narahatdır və dolayı yollarla əngəl yaradan şəxslərdəndir.Son illər rayonun Cümə məscidində Aşura keçirilməsi tapşırıq verilib və bu ildə keçirilib.İlham Hocanın məsciddə keçirilən əzadarlıqda təşkilatçıların yanında durmağını yerli mənbələr belə əsaslandırır: “Son illər barəsində gəzən söz-söhbətlərdən məlumatlıdır və bu kimi tədbirlərdə iştirak etməklə gizli fəaliyyətlərinə pərdə asmaq məqsədi daşıyır”.İlham Hoca QMİ tərəfindən üç rayona-Qazax,Ağstafa,Tovuz rayonlarına qazi təyin olunub.Vəhabilərlə sıx əlaqəsi olduğun yerli sakinlər təsdiqləyir və bunun mübahisəyə gəlməyəcək dərəcədə açıq olduğun vurğulayırlar.

Başqa bir isim isə , Qazax Mənzil İstismar sahəsinin müdiri Azər Məhərrəmovdur.Uluyol.info-nu məlumatlandıran mənbənin bildirdiyinə görə Seyid Rəşad Ələkbərovun öz həyətyanı sahəsində tikdirdiyi məscidin avadanlığının daşınmasına Azər göstəriş verib və işçiləri canfəşanlıq göstəriblər.Beləki,Qurban bayramı vaxtı,qeyri-iş günü A.Məhərrəmovun işçisi və Bələdiyyə sədri Oktay Hüseynov R.Ələkbərovun tikdirdiyi məscidə gələrək,məscidin avadanlığın aparmışlar.Avadanlıqlar: 70 metr elektrik kabeli,16-lıq flaşkart,bayraq və dirəkləri,qaşıq,bıçaqlar,içəridəki plakatlar cırılmış,günbəz qarışıq zibil maşınına toplayıb aparıblar.
Burada maraqlı məqamlardan biri qeyri-iş günü “vəzifə”sin icra edən məmur obrazı yaradan şəxslər və digər tərəfdən məscidi min bir əzabla tikdirən Seyid Rəşad Ələkbərovun həmin vaxtı İmam Rza (ə)-ın ziyarətində olması.Bir neçə gün sonra yol qəzası baş verir və bələdiyyə sədri Hüseynov Oktay Səməd oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya ,MİS-in işçisi Elşad Axundov isə aldığı xəsarətlərdən dünyasın dəyişərək son mənzilə yola salınır.
Məscidin fəaliyyətə düşməsindən təlaşa düşən isimlər içində Qazax icra hakimiyyətinin birinci müavini Fərman Nağdəliyevində adı çəkilir.Bir neçə ay öncə məscidə gələn Qazax İcra başçısı Rəcəb Babaşov və F.Nağdəliyevin baldızı,başçının müavini,ictimai-siyasi və hümanitar məsələlər üzrə şöbə müdiri Gülay Həsənovanın ayaqqabı ilə məscidə girdikləri vurğulanır.Hansı ki,məscidə ayaqqabı ilə olmaz və ayaqqabının dəydiyi yerə mömin insanlar alınları yerə qoyur,bundan əlavə Allah Evinə olan hörmətsizlikdir. Məscidə baxış zamanı Gülay Həsənovanın Qurani Kərimi göstərərək “cəmiyyəti korlayan məhz bu kitabdır” deyib.Mənbənin bildirdiyinə görə bir neçə icra başçısı yola salan F.Nağdəliyevin arxayınçılığına səbəb qardaşı -Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.
 İşid bayraq foto ile ilgili görsel sonucu
Qazaxda dini radikalizm inkişaf etməkdədir ,amma yerli icra orqanları bunu görməzdən gəlir.Qazax rayonunda yuxarıda qeyd etdiyimiz kimi son illər bir neçə dini quplaşmaların geniş yayıldığı rayonlardandır.Beləki, müxtəlif yollarla gəncləri ətrafına toplamağı bacarmış vəhabi və nurçu cərəyanı son illər bu rayonda arxayın fəaliyyət göstərməkdədir.Bu ilin yay aylarında ,Ramazan günlərində rayonun müxtəlif restoranlarında tədbir keçirməyi bacaran,gənclər vasitəsilə rayonun dord bir yanına dini ədəbiyyatların paylayıblar.Xatırladaq ki,Fətullah Gülən şəbəkəsinə aid olan məktəbdən bu rayonda da var və fəaliyyəti davam edir.
 
Uluyol.info-ya danışan Seyid Rəşad Ələkbərov aşağıdakı məlumatları əlavə edir:
 

“Biz Seyid nəslindənik,Nəcəfdən Xoya,Xoydan Böyük Vidi rayonuna,ordan Tovuz və Şəmkir rayonuna sürgün olan nəslim və mən bu gün Qazax rayonunda yaşayıram.Bizlər İmam Hüseyn aşiqləriyik.Öz büdcəmlə min bir əziyyətlə tikdirdiyim məscidi qeydiyyata almırlar,aldığımız avadanlığı aparırlar,QMİ-nin məsul adamı pulumuzu mənimsəyir,amma digər tərəfdən dini radikal qruplaşmalara göz yumurlar.Buna nə ad qoyaq?
Bizim fəaliyyət göstərəcəyimizdən narahat olanlar ağızlarına gələn ittihamı boynumuza qoyub maneə olurlar.Gah deyirlər irançıyıq.Qardaş mən türkəm,ölkəmin müstəqil,güclü olmasından ötrü nə etməliyəmsə fikirləşən deyiləm,canım bahasına edənəm.Gah dedilər ki,(Səyavuş dedi) məsciddə İşid bayraqları var.Hansı ki,ələmi göstərirdi.Görün bunlar necə cahil insanlardır ki,ələm ilə zalım İşıdın bayrağın bir tuturlar.Gah da deyirlər müxalifətçisən,məgər siyasi əqidəsi fərqli olan insan düşməndimi? Mən demirəm ki,məscidi açım mikrafonla “azadlıq” qışqırım.İstədiyim odur ki,Qazax rayonundada İmam Hüseyn aşıqlərinin toplaşacağı,ibadət edəcəyi yer olsun.QMİ axund təyin eləsin və onun tapşırığı qarşısında boynumuzun qıldan incə olacağına heç kimdə şübhə yaranmasın.Gözümüzü açandan din-islam görmüşük.
2010-cü ildə o vaxt vəhabilər rayona təzə-təzə ayaq basırdı.O vaxt onlarla mübahisələrimiz olurdu.Günlərin birində rayonun mərkəzi parkının yanında bərbərxanada idim.5-6 radələri olardı,Adamov Rafiq Akif oğlu qəfildən boynumu kökündən kəsmək istəyirdiki,çöndüm.Üzüm qana boyanmışdı.Həmin vaxtı Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müdir işləmiş,hazırda Qazax rayon icra nümayəndəsi olan Akif Vəliyevdə orda idi.Sonra məndən izahat alıb barışdırdılar.Nə cinayət işi açıldı,nə bir şey.Əvəzində eşitdik ki,atası Əlillər Cəmiyyətinə sədr,özünə isə qəssab dükanı veriblər.Yaxşı buna nə ad qoyaq?Şiə qanı tökmüşdü ona görə mükafatlandırlar ya nə?
Məhərrəm ayının 10-cu günü,Aşurada Cümə məscidində əzadarlıq keçirməyimizə guya imkan yaradılmışdı,amma üç dəfə elektrik kəsildiki mikrafon çalışmasın,mərsiyələrə imkan vermirdilər.Orada 1300 manat ehsan yığıldı ki,oda qalıb məsciddə çalışanların vicdanına ki,məscidin çatışmazlığına,yetim-yesirə verələr.Qan vermə aksiyası təşkil elədik.Qoy,vətəndaşımızın qana ehtiyacı olanda bizlər kimi halal,haqq yolda olanların qanı köçürülsün.Allah bütün xəstələrimizə şəfa əta eləsin”.
 
 
 
 
 
Uluyol.info olaraq məsələni araşdırmağa çalışdıq.Ölkədə dini radikalizmin artması mətbu orqan, vətəndaş kimi bizidə narahat edir və adiyyatı qurumların Qazax rayonunda sadaladığımız faktlar üzrə araşdırma aparacağına inanırıq.Yazıda adları keçən hər bir şəxsin mövqeyin dərc etməyə hazırıq.
P.S.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yolladığımız sorğuya bir həftədən çox keçməsinə baxmayaraq cavab gəlmədiyindən yazını işıqlandırmağı məsləhət bildik.Mövzu diqqətimizdədir,sorğuya cavab gəldikdə dərc edəcik.
 
Uluyol.info
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button