ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Qafqazda elm dünyasının ulduzları – Ayətullah şeyx cavad əlizadə badkubei

Qafqazda elm dünyasının ulduzları –
AYƏTULLAH ŞEYX CAVAD ƏLİZADƏ BADKUBEİ

Ayətullah Şeyx Cavad Əlizadə Badkubei kərbəlayi Məhəmmədəli oğlu, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən və dəyərli ruhanilərindən olmuşdur.
O, 1864-cü ildə (1280 h.q.) Bakı şəhərində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarında Quran qiraəti, Gülüstan, Bustan kimi o zamanlar Qafqaz mədrəsələrində tədris olunan kitabları və ilkin məlumat məqsədli dini hövzə dərslərini öyrənmişdir.
Sonra “Mirzə Həsib Qüdsi” mədrəsəsinə daxil olaraq, müqəddimə və bir sıra ali səthi dini hövzə dərslərini oradakı alim və ruhanilərdən bəhrələnmişdir.

Cavan yaşlarında Nəcəfi-əşrəfə getmiş, orada ayətullahül-üzma Mövla Məhəmməd Fazil İravani, ayətullahül-üzma Mirzə Həbibullah Rəşti və ayətullahül-üzma Mövla Məhəmməd Fazil Şərabyani kimi böyük alimlərin fiqh və üsul-xaric dərslərində iştirak etmişdir.

O, bir neçə il sonra müqəddəs Kərbəla şəhərinə səfər etmişdir. Orada səkkiz il ayətullahül-üzma Mirzə Məhəmməd Həsən Şirazidən dərs alaraq, ali müctəhidlik məqamına ucalır.
Amma ustadın vəfatından sonra Tehran şəhərinə gedir. O zamanlar məşhur olan və xüsusi rövnəq daşıyan Tehran dini hövzəsinin elmi-mənəvi məqamlara sahib olan alimlərində bəhrələnir. Onun buradakı ustadlarının kim olması haqqında heç bir məlumat yoxdur.

Şeyx 1900-cü ildə Bakıya qayıdır. O, “Qasim bəy” məscidini mədəni-ictimai fəaliyyətlərinin mərkəzinə çevirir. Orada dini məarifləndirmə, təbliğ, həmçinin şəri əhkamların bəyanı və islam elmlərinin tədrisi ilə məşğul olmağa başlayır.

Bu dəyərli alim 1918-ci ildə (1336 h.q.) fani dünyaya vida edərək, Allah dərgahına qovuşur. Pak vücudu ata-baba yurdu olan bakının Buzovna qəsəbəsindəki “Samiyə” məqbərəsində dəfn edilmişdir.
Qiyamət günü imamlarla(ə) məhşur olsun!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button