AktualAktualArxivXəbər lentiXəbərlər

“Azərbaycanın Qarabağ müharibəsi dövründən İranla əməkdaşlığı var” – Polkovnik Ramaldanov

İranın Xəzər donanmasının iki hərbi gəmisi Bakıya gələcək.

İranın Azərbaycandakı səfirliyindən “Dəməvənd” esminesi və “Coşan” raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq. Tanışlıq xarakterini daşıyan səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olacaqlar və bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ümumilikdə Bakıya bu gəmilərin 200 nəfərlik heyəti gələcək. Gəmilər Bakıda 3 gün müddətində qalacaqlar.

Mövzu ilə bağlı polkovnik Şair Ramaldanov Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, Azərbaycan İranla strateji əməkdaşlıq etdiyi ölkədir: “Xəzər dənizi ətrafı ölkələr arasında bir sıra istiqamətlərdə müəyyən müqavilələr mövcuddur. Bu müqavilələrin arasında hərbi sahədə də razılaşmalar mövcuddur. Bu yaxınlarda Rusiyanın da hərbi gəmiləri Azərbaycan sahillərinə yan almışdı. Bu cür səfərlər kollektiv şəkildə mümkün terrorizmə qarşı təlimlərlə bağlıdır. Azərbaycan Şimal dairəsində Rusiya ilə Cənub bölgəsində isə İranla birgə əməkdaşlıq edir. Bu cür müzakirələrə hər zaman ehtiyac var, xüsusi ilə nəzərə alaq ki, son vaxtlar terrorizmin aktivləşəcəyi ilə bağlı müxtəlif mənbələrdən mesajlar gəlir. Bugünlər Mosulda ciddi əməliyyatlar aparılır. Eyni zamanda İraqda müəyyən koridorlar yaradılır ki, terrorçular o əraziləri tərk etsinlər. Həmin ərazilərdən çıxdıqda terrorçular Suriya ilə yanaşı digər bölgələrə də üz tuta bilərlər. İŞİD-in kimlər tərəfindən yarandığını və dəstəklədiyini bilirik. Əlbəttə Xəzər dənizi hər cəhətdən terrora meyilli qüvvələr üçün müəyyən bir hədəfdir. Məlumdur ki, Xəzərdən müxtəlif neft kəmərləri keçir. Bu da terrorçular üçün ciddi hədəf ola bilər. Bu baxımdan Xəzər dənizi hövzəsinin ölkələri birgə fəaliyyət göstərməlidirlər. Bu baxımdan Azərbaycan-İran arasında olan razılaşmaya görə, iki dövlət arasında müəyyən zəruri görüşlər, müzakirələr aparılır. Onu da unutmaq lazım deyil ki, Azərbaycan İranla strateji əməkdaşlıq etdiyi ölkədir. Bu baxımdan da bütün sahələrdə olduğu kimi, hərbi sahədə də müəyyən sazişlər var. İran və Azərbaycan zabitləri mütəmadi qarşılıqlı səfərlər edirlər. Azərbaycanın 1992-ci ildən, Dağlıq Qarabağ müharibəsi dövründən İranla əməkdaşlığı var. Bu baxımdan İran gəmilərinin bizim sahillrimizə yan alması çox normal bir prosesdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button