AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Amili: Hüseynçi kimliyi Azərbaycan xalqından almaq mümkün deyil

Ayətullah Amili: Hüseynçi kimliyi Azərbaycan xalqından almaq mümkün deyil
Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin əyalətdə nümayəndəsi və Ərdəbilin imam cüməsi Azərbaycan xalqına xüsusi təzyiqlərə baxmayaraq çox yüksək səviyyədə əzadarlıq mərasimində iştirak etdiklərinə görə təşəkkür edərək deyib: “Azərbaycanlılar üçün kimlik tərif olunması lazım gələrsə, o kimlik həmişə aşuraçı, qədirçi, nəbəvi, ələvi və hüseynçilikdir. Azərilər əvvəl hüseynçi, sonra azəridirlər”.
Cümə namazının xətibi əlavə edib: “Bu toplantı göstərdi ki, Azərbaycan xalqını Əhli-Beytdən (ə) ayırmaq mümkün deyil. Təzyiqlər artdıqca əks nəticə ilə üzləşəcək. Hökumət bu mövzudan istifadə etməli, əhali ilə qarşılaşmaq əvəzinə onları himayə etməli və bundan öz xeyrinə faydalanmalıdır. Necə ki, Türkiyə və digər ölkələrdə belədir”.
Həzrət Ayətullah Amili xütbəsinin davamında dünyanın bütün yerlərindən gələrək Ərdəbil şəhərinin matəm mərasimində iştirak edən əzadarlara təşəkkür edib və onların hərəkətini dəyərləndirib. İmam cümə həmçinin bu ilin şüarı “Əmri liəmrikum muttəbi” mövzusuna yenidən toxunaraq bu şüarın təbliği və izahına təlaş edənlərə də öz təşəkkürünü bildirib. O vurğulayıb: “Əhli-Beytin (ə) bütün inayəti onların ardıcılı olmaq və onların sifarişlərinə tabe olmaqdadır. Bu hərəkətlər Allahın xüsusi inayət qapılarının açılmasına səbəb olur”.
İmam cümə xütbəsinin digər bir hissəsində İmam Hüseynə (ə) matəm saxlamağın Peyğəmbərin (s) sünnəsi olduğuna da işarə edərək deyib: “Əba Əbdillah Hüseynə (ə) ağlamaq və matəm saxlamaq Peyğəmbərin (s) öz sünnəsidir və hər kəs bu sünnəyə əməl etməsə sünnədə fərq qoymuşdur. Sünnədə fərq qoymaqla sünnəyə əməl etmək olmaz. Ona görə də bu yaxınlarda keçirilmiş Qroznı konfransında əhli-sünnənin iki yüz alimi, o cümlədən “Əl-Əzhər” Universitetinin rəhbəri vəhabiliyi əhli-sünnə vəl-cəmaət dairəsindən çıxartdı”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button