ArxivMüsahibəXəbər lentiXəbərlər

İmam Hüseyn (ə) öz qanı ilə islama birlik bəxş edib, dini oyatdı – ilahiyyatçı

“Məhərrəm ayı İslam dinində haram sayılan 4 aydan biridir. Yəni bu ayda müharibə etmək haram buyrulub. Lakin İmam Hüseyn (ə) dönəmində vəziyyət o yerə çatmışdır ki, Yezid kimi zalım bir şəxs Peyğəmbərin (s) yerində oturmuşdu. İslam dini təhlükə qarşısında idi. İmam Hüseyn (ə) kimi şəxsiyyət də buna dözüb göz yuma bilməzdi”.

Bu fikirləri SalamNews-a ilahiyyatçı Hacı Samir Ağayev deyib.

İlahiyyatçı bildirib ki, İmam Hüseyn (ə) xüsusi bir hərəkata başladı və bildirdi ki, Yezid kimi zalım, fasiq bir adam İslama rəhbər olarsa, gərək bu dinin fatihəsi oxunsun. İmam qəti şəkildə bildirdi ki, mənim kimisi heç vaxt ona beyət edib səs verməz.

İlahiyyatçı bildirib ki, İmam Hüseynin (ə) müharibə edib, qan tökmək kimi bir məqsədi olmayıb: “Burada bir məqama xüsusi diqqət etmək lazımdır. Müharibəni İmam Hüseyn (ə) başlamadı. İmamın məqsədi heç də haram ayda müharibə etmək deyildi. Sadəcə olaraq İmamın üstünə qoşunlar göndərildi və İmamı müharibə etməyə vadar elədilər. İmam özü də Aşura günü buyurdu ki, müharibəni biz başlamayaq, qoy onlar başlasınlar. Ona görə ilk oxu zalım qoşunun başçısı Ömər ibn Səd İmamın qoşununa doğru atdı və dedi ki, şahid olasınız ki, Hüseynə ilk oxu mən atdım. Bununla o müharibəni başlatdı. İmam özü də bundan sonra öz qoşununa bildirdi ki, arıtq hazır olun, bu müharibənin başlanğıcıdır və onların bizi müharibəyə çağırışı deməkdir. Beləliklə İmam, əslində, yenə də müdafiədə dayandı və ilk başlayan şəxs olmadı.

Kərbala hadisəsində İmam Hüseyn (ə) özünü, ailəsini, hətta 6 aylıq övladı Əli Əsğəri Allah yolunda qurban etdi ki, İslam dini yaşasın. İmam özü həmişə buyurardı ki, mən öz cəddim Peyğəmbərin (s) ümmətini islah etmək üçün ayağa qalxmışam, məqsədim zülm etmək, fəsad törətmək deyil. Mən istəyirəm Peyğəmbər (s) sünnəsini dirçəldim. Çünki Peyğəmbərin (s) sünnəsi unudulub, dəyişdirilib, bu sünnə ilə mübarizə aparılıb. Bunu görən bir şəxs öz səsini ucaltmasa, həmin o zalımla birlikdə cəhənnəmə gedəcəkdir. Belə bir şüarla İmam ayağa qalxdı və həqiqətən də yanma ərəfəsində olan İslam ağacını öz qanı ilə suvardı və islama birlik bəxş edib, dini oyatdı.

Ona görə də Peyğəmbər (s) buyurardı ki, Hüseyn məndəndir mən də Hüseyndənəm. Yəni dinin yaşaması Hüseynin qanı ilə oldu.

İmam Kərbəlada “Əgər Məhəmmədin (s) dini mənim qanımla dirçələcəksə, ey qılınclar, doğrayın məni” kimi şüarlar səsləndirirdi. İmamın haqq çağırışı bütün insanların qulağına çatdı.

Üstündən 14 əsr keçməsinə baxmayaraq insanlar günü-gündən İmam Hüseynə (ə) dəvət olunur, Hüseyn (ə) bütün dünya xalqlarını, haqq sevərləri özünə cəzb edir. Bugünkü dünya İmamın hərəkatını yaşadır. Bu da həqiqətən böyük bir möcüzədir. Allahın açıq-aşkar qüdrətinin əlamətidir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button