ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Zil-Hiccənin 9-u “Beynəlxalq Müsəlman Qadınlar” günü təyin olundu

Ötən gün Kuala Lumpurda keçirilən dünya müsəlman qadınlarının iclasın sonunda Zil-Hiccə ayının 9-u “Beynəlxalq Müsəlman Qadınlar” günü kimi elan olundu.

Maide.Az “Islamic News” xəbər saytına istinadən bildirir ki, Kuala Lumpurda keçirilən dünya müsəlman qadınlarının iclasının son bəyanatında “Beynəlxalq Müsəlman Qadınlar “ gününün elan edilməsindən başqa daha 13 istiqamət üzrə razılıq əldə olunub.

“Ali təhsilli müsəlman qadınların sayının artırılması, bütün sahələrdə müsəlman qadınların beynəlxalq aləmdə rolunun artırılması,islamofobiya, ifratçılıq, ayrıseçkilik və savadsızlıqla mübarizədə müsəlman qadınların düşüncə və potensiallarından istifadə etmək qəbul olunmuş bəyanatda yer almış digər istiqamətlərdir.”

Bəyanatda həmçinin dünyada sülhün inkişaf etdirilməsi üçün müsəlman qadınların beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması nəzərdə tutulub.

Bu iclas cümə günü dünyanın 50 ölkəsindən 2000-dən çox fəal müsəlan qadının iştirakı ilə öz işinə başlamışdı.İclas dünyada sülhün yaradılmasında müsəlman qadınların rolu və qarşıdakı problemlərin aradan qaldırılması üçün onlara imkanların yaradılması , həmçinin müsəlman qadınları arasında vəhdət və birliyin artırılması məqsədi ilə təşkil olunmuşdu. İclasda dünyanın müxtəlif bölgələrində müsəlman qadınların problemləri , onların cəmiyyətdə rolu və cəmiyyətdə onların mövqeyinin artırılması kimi məsələlər müzakirə olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button