ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran işi”: hakim vəkilləri şikayət etdi

Vəkil aidiyyəti qurumlardan xahiş edib ki, onların fəaliyyətibə görə edilən təqiblərə son qoyulması barədə göstəriş versinlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov vəkillər – Cavad Cavadov, Fariz Namazlı, Elçib Sadıqov barəsində Vəkillər Kollegiyasına şikayət göndərib. Bu barədə vəkil E.Sadıqov özününü “facebook” hesabında məlumat verib.

“Müdafiəçisi olduğumuz təqsirləndirilən şəxslər – Taleh Bağırov və digərlərinin Abbas Hüseynovun məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatətlərini müdafiə etdiyimiz üçün bütün vəkillərin barəsində şikayət göndərilib”.
E.Sadıqovun bildirib ki , qanunvericiliyin tələbinə görə müdafiəçi müdafiə etdiyi şəxsin mənafeyinə uyğun hərəkət etməlidir: “Bizdən qanuni əməlimizə görə şikayət edilib. Bu üsulla bizi müdafiə etdiyimiz şəxslərin maraqlarına uyğun deyil ittihamın və məhkəmənin maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər. Bu vəkillərin fəaliyyətinə, müstəqilliyinə, dönməzliyinə edilən qəsddir”.
Vəkil aidiyyəti qurumlardan xahiş edib ki, onların fəaliyyətibə görə edilən təqiblərə son qoyulması barədə göstəriş versinlər.

Qeyd edək ki, senyabrın 22-də keçirilən məhkəmə iclasında fasilədən sonra hakim Əlövsət Abbasov təqsirləndirilən şəxslərdən Abbas Hüseynovun zaldan çıxarılması və prosesin onun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edib. O, qərarını belə əsaslandırıb ki, Abbas Hüseynov dəfələrlə xəbərdarlığa məhəl qoymayaraq, şahidi təhqir edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button