AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Amili: İslam ölkələri üçün dini anlayışların izah edilməsində elmi mərcələrin olması zəruridir

Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində dini anlayışların izahı üçün dini mərcəiyyətin olmasının zəruriliyinə toxunaraq deyib: “Dini məsələlərdə müxtəlif adamların əsassız açıqlamaları və sapınmaları göstərir ki, dinin əsaslarının qorunmasında imamət mövzusunun olduqca həssas rolu vardır. Bu mövzuya diqqət etmədən hər oğru və yad bir kəs dini əlində alətə çevirər və dinin simasını ləkələyər”.
Həzrət Ayətullah Amili əsil dindən sapınmanın nümunələrinə də toxunaraq deyib: “Özbəkistanın sabiq prezidenti İslam Kərimovun açıqlamaları dinin əsli anlayışlarından sapınmanın bir nümunəsi idi. O, İslam alimlərinin heç birini qəbul etməyərək özünü düzgün islam kimi təqdim edirdi”.
İmam cümə əlavə edib: “İslam Kərimov konstitusiyanı dəyişməklə özünün əbədi prezident olmasına nail oldu. Onun bu hərəkəti o ölkənin əhalisi üçün təhqirdir və doğrudan təəssüfləndiricidir. Bizim bəzi qonşu ölkələrimizdə də belə hərəkətlər edilir. Bir tərəfdən Qum, Nəcəf, Suriya və digər elmi mərkəzlərdə təhsil almış tələbələri zindana salır və onların hər növ təbliğ fəaliyyətlərinə mane olur, digər tərəfdən də özlərinin bütün müxaliflərinin ağzını bağlayır və ümumi referendumistəyirlər. Digər bir hərəkət isə Milli Məclisə deputat təyin etmək və bu təyinatlar üçün formal xarakterli seçkilər keçirməkdir. Sözsüz ki, bu yolla Məclisə gətirilmiş deputatlar heç vaxt xalqın problemlərini həlli üçün çalışmayacaq”.
Bu qəbildən olan ölkələrdə anti-din hərəkətlərindən söz açan imam cümə deyib: “Son vaxtlarda Amerikada homoseksualların yığıncağı atəşə tutuldu və onlardan bir dəstəsi cəhənnəmə vasil oldu. Bu hadisənin ardınca digər ölkələrdən birinin homoseksualları Amerika homoseksualları ilə həmdərdlik göstərdilər və onların gülləbaran edilməsini məhkum etmək məqsədilə bu ölkənin küçələrində aksiya keçirdilər. Həmin ölkənin dövləti də onların hərəkətinə mane olmadı”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button