ArxivNardaranXəbər lentiXəbərlər

Elçin Qasımovun istintaq müddəti uzadıldı

Müsəlman Birliyi Hərəkatının sədri, Nardaran hadisələrində həbs olunmuş Tale Bağırzadənin müavini Elçin Qasımovun Nəsimi Rayon Məhkəməsidə istintaq müdətinin uzadılması ilə bağlı işə baxılıb. Hakim Babək Pənahovun rəhbərliyi ilə keçirilən məhkəmdə Elçin Qasımovun istintaq müddəti daha iki ay müddətinə uzadılıb.

Elçin Qasımov ötən ilin noyabrın 5-də həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək) maddələri ilə cinayət işi başlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button