ArxivXəbər lentiXəbərlər

Azərbaycan alimləri Şəhriyar Mədəniyyət Medalına layiq görülüblər

Təbrizdə görkəmli şair Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, Təbriz Universitetinin ev sahibliyi etdiyi konfransda beş ölkə – Azərbaycan, Türkiyə, İran İslam Respublikası, Pakistan və Gürcüstan təmsil olunub. İştirakçı ölkələrin görkəmli elm adamlarından altısı Şəhriyar Mədəniyyət Medalına layiq görülüb.

Azərbaycandan Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı və Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Şəhriyar Mədəniyyət Medalı ilə təltif olunublar.

Azərbaycanlı alimlər M.Şəhriyar barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button