ArxivIslamXəbər lentiXəbərlər

Hazırlaşaq, Muhərrəm ayı yetişir

Hörmətli dostlar, xüsusilə ruhani və xətib dostlar, bildiyimiz kimi qarşıdan Muhərrəm ayı gəlir

Bu ayda Peyğəmbər (s)-in əziz balası, cənnət cavanların ağası hz. imam Hüseyn (ə), vəfalı əshab və ailəsi şəhadətə yetişiblər. Bu ayda hz. imam Hüseyn (ə) və Kərbəla aşiqləri, əza məclisləri qurub bu müsibətdə şəhadət şərbətini içənlərə əza saxlayır və sinə vururlar. Bu cür məclislərdə iştirak edən insanlar hamılıqla hz. imam Hüseyn (ə) eşqi ilə məclisdən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Məsum imamlarımız da bu məclislərn önəmini, göz yaşı və sinə vurmaq da gördükləri kimi, belə məclislərdə islam maarifinin çatdırılmasından da razı olub, buna təşviq edirlər.

Necə ki, hz. imam Sadiq (ə) buyurur: Bu cür (əza) məclislərini sevirəm, bu məclislərdə bizim əmrlərimizi dirildin (çatdırın).

Hörmətli ruhani və xətib dostlar, bu günlər doğurdan da böyük bir fürsətdir. İnsanların qəlbində oyanan hz. imam Hüseyn (ə) eşqi onları bu məclislərə gətirib, və sən bu dəyərli vaxtdan istifadə edərək, aşiqin yanan qəlbini islam maarifinin nuru ilə doldurmalı və təsəlli verməlisən. Bunun üçün, əzizlər, əvvəl gərək özümüzün hz. imam Hüseyn (ə) və Kərbəla vaqiəsi haqqında kifayət qədər mütaliə və tədqiqatlarımız olsun. Bunların kənarında müqəddəs Quran və məsumlarımızın nurlu kəlamlarını, onlara gözəl şəkildə yetirək və yaranmış şübhələrə cavab verməyi bacaraq!

Hacı Qurban

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button