ArxivNardaranXəbər lentiXəbərlər

Nardaran hadisələrinə görə həbs olunan şəxsin apellyasiya məhkəməsi keçirilib

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Bu barədə “Report”a N.Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, sentyabrın 20-də Nəsimi Rayon Məhkəməsində N.Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button