AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Aşuranın dərsləri və mesajları

Aşura öyrədir ki, dini qorumaq üçün fədakarlıq etmək lazımdır. Öyrədir ki, Quran yolunda hər şeydən keçmək gərəkdir. Öyrədir ki, haqq və batilin savaş meydanında kiçik və böyük, qadın və kişi, qoca və cavan, tanınan və tanınmayan, rəhbər və rəiyyət hamısı birlikdə eyni sırada dayanır. Aşura öyrədir ki, düşmən cəbhəsi bütün zahiri gücü ilə çox-çox zəifdir. Necə ki, Bəni-Üməyyə cəbhəsi Aşura əsirlərinin karvanı vasitəsilə Kufədə, Şamda və Mədinədə zəiflədi, nəhayət, bu hadisə süfyanilər cəbhəsini fənaya uğratdı. Aşura öyrədir ki, dini müdafiə etmək üçün insana hər şeydən çox bəsirət lazımdır. Bəsirətsiz olanlar aldanır, özü də bilmədən batil cəbhəsinə qoşulur. Necə ki, ibn Ziyad cəbhəsində bəziləri fasiq deyildi, amma bəsirətsizlikdən onlara qoşulmuşdu.
Bunlar Aşuranın dərsləridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button