AktualAktualArxivXəbər lentiXəbərlərXütbələr

Ayətullah Amili: Lənkərandan qalxmış İsrail casus təyyarəsinin vurulması ölkəmizin Hava Hücumundan Müdafiəsinin şah əsərlərindən biridir

Ayətullah Amili Ərdəbilin cümə namazı xütbələrində deyib: “Ölkənin Hava Hücumundan Müdafiə qüvvələrinin şah əsərlərindən biri də ötən il Azərbaycan Respublikasının Lənkəran şəhərindən qalxmış İsrailə məxsus casus təyyarəsinin izinə düşməsi və İsfahan səmasında onu vurmasıdır”.
Qafqaz Mədəniyyət Mərkəzi –Vəliyyi-Fəqihin əyalətdə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində ölkənin Hava Hücumundan Müdafiəsinin rolunu alqışlayıb və bu işi öhdəsinə alanları böyük sərhədçilər, ölkənin gözətçiləri, xalqın görən gözü və ölkənin təhlükəsizliyinin əsas səbəbkarları adlandırıb.
Həzrət Ayətullah Amili bu qüvvələrin fövqəladə iqtidarınının düşmənin məyusluğuna və onun proqramlarının puça çıxmasına bais olacağını deyərək vurğulayıb: “Bu iftixarlı iqtidar İslam İnqilabının nəticəsidir”.
İmam cümə əlavə edib: “Ölkənin Hava Hücumundan Müdafiə qüvvələrinin şah əsərlərindən biri də ötən il Azərbaycan Respublikasının Lənkəran şəhərindən qalxmış İsrailə məxsus casus təyyarəsinin izinə düşməsi,onun məqsədini öyrənməsi və İsfahan səmasında onu vurmasıdır”.
Ayətullah Amili xütbəsinin digər bir hissəsində həzrət Zəhra (s.ə) və İmam Əlinin (ə) izdivac gününə və bu münasibətilə izdivac günü adlanmasına da işarə edərək deyib: “Bu izdivac bir çox cəhətlərdən dünya cavanları üçün bir örənkdir”.
İmam cümə bu izdivacın üstünlüklərindən də söz açaraq deyib: “Birincisi budur ki, iffətlə başladı, iffətlə davam etdi, izdivacın hər iki tərəfi həya, iffət və təqva dəryası idilər. İkincisi budur ki, hər ikisi bir-birlərinin elmi və ruhi fəzilətləri izdivacın meyarı qərar verdilər və maddi imkanları nəzərə almadılar”.
Ayətullah Amili həzrət Zəhra (s.ə) və İmam Əlinin (ə) izdivacının mesajını da açıqlayaraq deyib: “Bu izdivacın mesajı odur ki, maddi imkanlar, zahiri gözəllik əsasında izdivac etmək, xüsusilə də özünü başqalarına bəzəyən cahil qadınlar və haram olmuş hissələri sərgiləyərək özünü başqalarına göstərən qadınları həyata ortaq seçmək məhz səhvdir”.
Bu izdivacın üçüncü üstünlüyünü açıqlayan İmam cümə deyib: “Üçüncüsü budur ki, hər ikisi özlərini Allaha tapşırmışdılar və onları bir-birinə seçən Allah idi. Ona görə də cavanların izdivacda şüarı bu dua olmalıdır: İlahi, iffət məndən, seçmək Səndən!
Bu izdivacın dördüncü üstünlüyü sadəlik idi. Əmir əl-möminin Əlinin (ə) hətta evi yox idi və həzrət Zəhranı (s.ə) xurma bağının bir tərəfində düzəltdiyi evə apardı. Mehriyyəsi də mehrul-sünnə idi, yəni 500 dirhəm. Peyğəmbərin (s) sünnəsi Allahın sünnəsidir. Cehiz də mehriyyə pulu ilə alınmışdı və çox sadə idi.
Beşinci üstünlük bu idi ki, bu izdivac mərasimində heç bir günah yox idi;nə kişi və qadının bir-birinə qarışması, nə şərab, nə səhərə kimi qonşuları incitmək”.
Ərdəbil Əyalətinin Ümumi Mədəniyyət Şurasının sədri xütbəsinin davamında deyib: “İzdivac ən müqəddəs bir əməldir. Əgər bu məsələdə günah olmasa, rəhmət ona nazil olar. Ona görə də həzrət Zəhranın (s.ə) zifaf gecəsində Cəbrail, Mikayıl və İsrafil 70 min mələklə birlikdə nazil olmuşdular”.
O artırıb: “Günahla keçirilən toy mərasimini bədbəxtlik bürüyər. Belə bir mərasimə mələklər enməz, üstəlik o məclisi təşkil edənlər Allahın qəzəbinə düçar olar”.
“Biz belə əbədiyyat örnəklərindən uzaqlaşdıqca həll olunmayan ictimai problemlərlə üzləşəcəyik”- deyə, imam cümə qeyd edib.
Ayətullah Amili həmçinin deyib: “Bu günləri həm izdivacın özü, həm də onun davamlılığı problemlə üzləşib. Bu günləri izdivacda mədəni maneələr, iqtisadi maneələrdən daha artıqdır. Səhv adət-ənənələrlə gözləntilərin artması camiəni, xüsusən də cavanları ciddi müşküllərlə üzləşdirmişdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button