AktualAktualArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Olimpiyanın qalibi Kimya Əlizadə: İdmanı ataram, amma hicabımı atmaram

İranın ilk olimpiya qəhrəmanı: Ola bilsin ki, bir gün idmanı tərk etməyə məcbur oldum. Amma heç vaxt hicabımı tərk etmərəm.
Qafqaz Mədəniyyət Mərkəzi – Kimya Əlizadə bugünkü müsahibəsində deyib: “İftixar edirəm ki, ilk iranlı müsəlman qadın olaraq İslam İnqilabının Böyük Rəhbərinin, habelə ölkə prezidentinin, məsullarının, milyonlarla iranlının, xüsusilə də Əlborz əyaətinin əhalisinin ürəklərini sevindirə bildim”.
Digər ölkələrin qadın idmançılarının sizin hicabınıza münasibəti haqda müxbirin sualını cavablandıran K. Əlizadə deyib: “İnanın ki, onların reaksiyası mənim üçün önəmli deyildi. Çünki mən hicabımı Allahın əmri, etiqadım və ailə tərbiyəm əsasında seçmişəm və heç vaxt, heç bir qiymətə hicabımı atmaram”.
Olimpiya qəhrəmanı əlavə edib: “Hicab iranlı qadının ruhu ilə qarışıb və bizim üçün iffət deməkdir. Müsəlman qadınlar hicablarını heç bir şeyə dəyişməzlər”.
Müxbirin “bir gün Dünya Taekvando Federasiyasının qanunları dəyişsə və müsəlman qadınların hicabla yarışlara qatılmasına icazə verilməsə onda nə edəcəksiniz?” sualını cavablandıran K. Əlizadə deyib: “Xoşbəxtlikdən, ümumi fikir, əsasən də dünya qadınlarının fikri dəyişmişdir. Hətta, yarışlarda da şahid olduq ki, bəzi idman növləri üzrə müsəlman qadın idmançılar hicabla iştirak edirdilər”.
“Rio-2016” Yay Olimpiya Oyunların bürünc medal sahibi artırıb: “Ona görə də heç bir güc neçə yüz milyonluq müsəlman qadın cəmiyyətini öz qanuni hüququndan məhrum edə bilməz”.
K. Əlizadə vurğulayıb: “Əgər bir gün bizə islami hicabla yarışlarda iştirak etməyə icazə verməsələr, idman və yarışlardan imtina edərik, amma öz hicabımızı atmarıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button