ArxivIslamXəbər lentiXəbərlər

Çeçenistandakı görüş Səud krallığını qəzəbləndirib – Foto

Əhli-sünnə vəl-cəmaat nümayəndələrinin Çeçenistanda yığıncağı Səud krallığını qəzəbləndirib.
İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə görə, Çeçenistanda keçirilən konfransda “Sufiyyə”, “Maturidiyyə” və “Əşərilər”-in əhli-sünnənin 3 qrupu kimi təqdim olunması, sələfilərin qəzəbinə tuş gəlib.
Çeçenistan rəhbəri Ramzan Kadırovun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda əhli-sünnə ideoloji olaraq qeyd olunan 3 əqidəyə, şəriət baxımdan isə 4 əsas məzhəblərə bölünüb.
Konfransın nəticəsi olaraq Ali-Səud və Ali-Şeyx hakimiyyətlərinin müsəlmançılıqla heç bir əlaqəsi yoxdur.
Konfransda qəbul olunan bəyənatda dünya müsəlmanlarına xitab olunaraq bildirilib: “Terrorçuların müsəlmanlar arasında olan ixtilafdan yararlanmamaları üçün əhəmiyyətsiz və kiçik məsələlər barədə ixtilafdan uzaq olmaq lazımdır.”
Konfranda Misirin “Əl-Əzhər” universitetinin də daxil olmaqla əhli-sünnə məzhəbinin dini alimləri iştirak edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button