ArxivXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: “Azərbaycan Rusiya ilə yaxınlaşdı və Qərbdən uzaqlaşdı” – deyə bir şey yoxdur

Rusiya və Azərbaycan arasında göründüyü kimi bir yaxınlaşma yoxdur. Sadəcə olaraq normal, adekvat münasibətlər davam edir: Rusiyanın stabil siyasəti mövcuddur. Bu siyasət Azərbaycan və Ermənistanı Kremldən asılı vəziyyətdə saxlayır.
Son günlər dünyada baş verən ictimai-siyasi və iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşmür. Böyük güclər arasında uzun illərdən bəri davam edən soyuq müharibələr Azərbaycan kimi nisbətən kiçik dövlətlərin siyasətində də təzahür edir. Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, demokratiyanın boğulması Qərb institutlarını narazı saldığından, ölkənin xarici siyasətində bir dönüş yaranması müşahidə olunur. Son zamanlar Azərbaycanın xarici siyasətində Rusiya ilə daha sıx münasibətlərinin yaranması, eləcə də, Rusiya-İran-Azərbaycan üçlüyünün regionda yeni-yeni layihələrə imza atması bu dönüşün bariz nümunəsi kimi qiymətləndirilir. Bütün bunlarla yanaşı ölkə daxilində baş verən iqtisadi çətinliklər, manatın-dollar qarşısında dəyər itirməsi, ümumilikdə sosial gərginlik hökuməti bir sıra inzibati tədbirlər görməyə vadar edir. Sentyabr ayının 26-sı konstitusiyaya dəyişiklikləri nəzərdə tutan ümumxalq səsverməsinin (referendum) təyin edilməsi bu tədbirlərin davamı kimi səciyyələndirilir.

Bəs görəsən Rusiya-İran-Azərbaycan üçlüyünün yaxınlaşması Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərmi? Bu yaxınlaşma Qərb-azərbaycan münasibətlərinə nə vəd edir?

İslaminSesi ölkə gündəmini dəyərləndirmək üçün politoloq Zərdüşt Əlizadəyə suallar ünvanlayıb.

Politoloq bildirib ki, Rusiya və Azərbaycan arasında göründüyü kimi bir yaxınlaşma yoxdur. Sadəcə olaraq normal, adekvat münasibətlər davam edir: Rusiyanın stabil siyasəti mövcuddur. Bu siyasət Azərbaycan və Ermənistanı Kremldən asılı vəziyyətdə saxlayır. Ona görə də, Rusiya bu siyasətindən heç vaxt əl çəkməyəcək”.

Zərdüşt Əlizadə qeyd edib ki, Azərbaycanla-Qərb arasında heç bir uzaqlaşma yoxdur: “ Azərbaycanın ali zümrəsinin maliyyə kapitallarının hamısı qQrbdədir. Biz heç vaxt Qərbdən uzaqlaşa bilmərik. Qərbin demokratik dəyərlərini qəbul etməsək də, siyasi və maliyyə qüvvəsi kimi uzaqlaşmarıq”.

Politoloq ölkədə müşahidə edilən iqtisadi gərginliyin sosial partlayışa səbəb ola biləcəyinə inanmadığını deyib: “ Əgər yuxarı dairələrdən heç bir təzyiq edilməsə, Azərbaycan xalqı heç vaxt sosial partlayış yaradacaq səviyyəyə köklənməz”.

26 sentyabr tarixində keçiriləcək referendum haqda fikirlərini bölüşən Zərdüşt Əlizadə deyib ki, hakim zümrə öz ağalıq istəyini yeni konstitusiya layihəsi adı ilə rəsmiləşdirməyə çalışır. Politoloqun fikrincə bütün bu proseslər özlüyündə dövlətin tənəzzülə uğradığını nümayiş etdirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button