ArxivXəbər lentiXəbərlər

İran ölkə səmasına girmək istəyən ABŞ pilotsuz təyyarəsinin qarşısını alıb

İranın Havadan Müdafiə Qüvvələri Əfqanıstandan İran ərazisi istiqamətində uçan ABŞ-ın kəşfiyyat tipli pilotsuz təyyarəsinə xəbərdarlıq edib.
İslaminSesi TasnimNews-a istinadla xəbər verir ki, xəbərdarlıq edildikdən sonra ABŞ-ın pilotsuz təyyarəsi bölgəni tərk edib.

Pilotsuz təyyarə İranın havadan müdafiə radarlarına düşəndən sonra bu ölkənin havadan müdafiə raketlərinə hazırlıq əmri verilib.

Məlumata görə ABŞ-ın pilotsuz təyyarəsi kəşfiyyat tipli olub və Əfqanıstanın Qəndəhardakı hərbi qərargahından qalxıb.

Qeyd edək ki, İranlılar 2012-ci ildə ölkə səmasına girən ABŞ-ın RQ-170 tipli pilotsuz təyyarəsini yerə oturtmuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button