ArxivXəbər lentiXəbərlər

Dollar 3 manatı da keçəcək – İqtisadçı ekspert

“İndi də olmasa ilin axırına qədər kəskin devalvasiya qaçılmazdır”
“Əgər bizim valyuta ehtiyatlarımız elan olunandan azdırsa, dollar 2 manatı deyil, 3 manatı da keçəcək”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov “qaynar.info”-ya son günlər yaranmış dollar qıtlığı haqda suala cavab verərkən deyib.

Əkrəm Həsənovun sözlərinə görə, son situasiya göstərir ki, manatla bağlı iki variantdan biri baş verəcək: “Birincisi Mərkəzi Bank devalvasiyaya gedəcək. Bu həm kəskin, həm də tədricən ola bilər. Bu günki vəziyyətdə dollar almaq mükün deyil. Bu da çox davam edə bilməz. İkinci variant odur ki, dollar satışı davam edəcəyi halda, xaricdəki aktivlər Azərbaycana gətrilməlidir. Bu da o deməkdir ki, valyuta ehtiyatlarımız azalan xətlə gedəcək. Bu iki seçimdən biri olacaq. Mərkəzi Bank devalvasiyaya getməlidir ki, ehtiyatların azalmasının qarşısını alsın. Necə ki, ötən ilin fevralında və dekabrında devalvasiya ehtiyatların azalmasının qarşısını aldı. İstənilən halda ikinci variant da çox davam etməyəcək. Ona görə indi də olmasa ilin axırına qədər kəskin devalvasiya qaçılmazdır”.

Ekspert bildirib ki, devalvasiya ilə bağlı dəqiq göstərici demək mümkün deyil: “Nə qədər istəyirlər o qədər də edirlər. Aydındır ki manatın bu günki qiyməti sünidir. Manat sərbəst buraxılsa, 1 dollar iki manatı keçəcək. Hara kimi gedib çıxacağı da məlum deyil Dollar 3 manata qədər də gedib çıxa bilər. Bu valyuta ehtiyatlarının həcmindən asılıdır. Mərkəzi Bank 4 milyard, neft fondunda isə 35 milyard ehtiyat olduğu deyilir. Amma həmin ehtiyatların hamısı pulda deyil. Bu ehtiyatların xeyli hissəsi daşınmaz əmlakda və başqa sahələrdədi. Əgər bizim valyuta ehtiyatlarımız elan olunandan azdırsa, dollar 2 manatı deyil, 3 manatı da keçəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button