AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil İran, Rusiya və Azərbaycanın birgə azad zonasını yaratmağa hazırdır

Rusiya prezidentinin İran, Rusiya və Azərbaycanın birgə azad zonası yaratması təklifinin ardınca Ərdəbil əyalətinin məsulları bu birgə azad zonanı yaratmağa təlaş edilər.
Qafqaz Mədəniyyət Mərkəzi -Ərdəbilin valisi deyib: Ölkə rəhbərlərinə bildirmişik ki, prezidentimizin İran, Rusiya və Azərbaycan arasında keçiriləcək birgə iclasında iştirak etmək üçün etdiyi səfərdə bu təklifi digər iki ölkə başçılarının da diqqətinə çatdırsın və bu azad zonaƏrdəbilin mərkəzliyi ilə yaradılsın.
Məcid Xudabəxş əlavə edib: “Belə bir birgə azad zonanın yaradılması hər üç ölkənin, xüsusilə də Ərdəbil əyalətinin iqtisadiyyatı və ortaq maraqları üçün çox faydalı ola bilər. Ümidvaram ki, Ərdəbilin mərkəz olması təklifi qəbul edilsin və ölkəmizin Azərbaycan, Orta Asiya və Rusiya ilə ticarət əlaqələrinin güclənməsi və inkişafı istiqamətində əyalətin şimalında azad zonanın yaranmasının şahidi olaq”.
Ərdəbilin valisi artırıb: “Mən, Rusiya prezidenti Putinin İran, Rusiya və Azərbaycanla birgə azad zona yaratmaq haqqında təklifini eşidən kimi Xarici İşlər Nazirliyi və dövlətin yüksək vəzifəli məsulları ilə bu barədə söhbət etdim və bu mövzunu izləyirəm. Bu işin baş tutacağına ümidvarıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button