ArxivIslamXəbər lentiXəbərlər

Həcc ziyarəti də bahalaşıb-AÇIQLAMA

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sentyabrın 2-də Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salınacaq.

Maide.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən fins.az-a verilən məlumata görə, bu il zəvvarlar Azərbaycan Hava Yolları (AZAL) şirkətinin təyyarələri ilə uçacaqlar. Son reys isə sentyabrın 5-də yola düşəcək

Bildirilib ki, bu il Azərbaycan üçün ayrılan kvota tam dolub və Həcc ziyarətinə 1 050 nəfər gedəcək. Səfərin qiyməti isə hotellərin xidmət haqlarından asılı olaraq 3500- 4500 dollar arasında dəyişir.

QMİ-dən qeyd ediblər ki, qiymətlər ötən illə müqayisədə dəyişməsə də manatla ifadədə artıb. Bu da Azərbaycanda dolların bahalaşması ilə bağlıdır.

Onu da deyək ki, bu il Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 17 mindən çox xüsusi xidmət orqanının əməkdaşı qoruyacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button