ArxivIslamXəbər lentiXəbərlər

Qurban və Fitr bayramı bütün Rusiya ərazisində istirahət günü olsun!

Bu ölkədə yaşayan müsəlmanlar prezident və baş nazirə müraciət edib
FaktXəbər-in məlumatına əsasən, rusiyalı müsəlmanlar sosial media vasitəsiylə petisiya təşkil edərək prezident Vladimir Putin və baş Nazir Dmitri Medvedevə müraciət ünvanlamaq qərarına gəliblər. Müraciətdə Qurban və Fitr bayramının dövlət səviyyəsində bütün Rusiya ərazisində qeydə alınması istənilir.

“Krım, Tatarıstan, Başqırdıstan, Adıgey, Qaraçay-Çərkəz,Çeçenistan və Kabardino-Balkariya Respublikalarında yaşayanlar xaric, Rusiya müsəlmanları müqəddəs bayramlarında rəsmi şəkildə istirahət etmək imkanlarına malik deyillər. Bizdən fərqli olaraq provoslav vətəndaşlar Milad bayramını yanvar ayının 7-sini istirahət günü kimi qeyd edillər. Hallbuki, qanunvericilikdə bu tarix bayram və istirahət günü kimi qeyd edilməyib”, – deyə petisiyanın müəllifi Yuriy Qurbanov bildirib.

Təşəbbüskar, İslam dininin Rusiya Federasiyasında ikinci ən böyük din olduğunu xatırladaraq, adı çəkilən müsəlman bayramlarını ölkə əhalisinin 20 faizi tərəfindən dini bayram kimi qeyd edildiyini vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button