ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Britaniyada hicablı xanımların işə götürülməməsinə millət vəkillərindən etiraz

İngiltərədə iş adamları hicablı xanımları deyil hicabsız xanımları işə götürməyə üstünlük verir.Bu ayrı-seçkilik Britaniya Millət Vəkillərini hərəkətə gətirib və onlar bu ayrı-seçkiliyə etiraz edirlər.

Maide.Az xəbər verir ki, The Telegraph qəzetinin ötən günki yazısında məlumat verilib ki, Britaniya millət vəkiləri hicablı xanımların iş adamları tərəfindən işə götürülməməsi ilə bağlı xəbərdarlıq ediblər və bu addımı ayrı-seçkilik və qəbul olunmaz bir addım kimi dəyərləndiriblər.

Britaniya İcmalar palatası hesabat yayımlayıb və bildirir ki, bu ölkədə iş sahibləri hicablı müsəlman qadınları “zəif və əmrə tabe” hesab edirlər.

İcmalara palatasının qadın və bərabərlik məsələləri üzrə komitənin hesabtında bildirilirki, bəzi hicablı xanımlar işə düzəlmək üçün məcbur olublarə öz islami geyimlərindən əl çəksinlər.

Hesabatda Britaniyada yaşayan müsəlmanları işsizlik səviyyəsinin yüksək olduğu və bu vəziyyətin normallaşdırılması üçün tez bir zamanda işlər görülməsinin zəruriliyi vurğulanır.

Statistik rəqəmlər göstərir ki, müsəlman işsizlərin sayı qeyri-müsəlman işsizlərlə müqayisədə iki dəfə çoxdur.


Qadın və bərabərlik məsələləri üzrə komitənin sədir Mariya Miler deyib ki, müsəlman hicablı xanımlara qarşı bu kimi hərəkətlər qəbul olunmazdır. “Hər bir kəs ölkədəki mövcud qanunlara tabedir. Müsəlman qadınlar digər qadınlar kimi öz geyimlərini seçməkdə ixtiyar sahibidirlər. Buna görə onlara qarşı ayrı-seçkilik olmamalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button