AktualAktualXəbər lentiXəbərlər

Hansı ruhani azadlığa çıxacaq?

Xeberman.com faktxeber.com-a istinadən xəbər verir ki, bir qrup İslamçı məhbus ailəsi ailə başçılarının həbsdən azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər. Prezidentə ünvanlanmış məktubun bir nüsxəsini də FaktXəbər-ə göndərən ailələrin müraciətində deyilir:

Cənab Prezident!
Bildiyiniz kimi, 2010-cu ildən bu günə qədər müxtəlif hadisələrlə bağlı çoxlu sayda ruhani və islamçı fəal həbs olunub. Onların əksəriyyəti qanunsuz silah saxlamaq, narkotik maddələrin daşınması və istifadəsində təqsirli biliniblər.

Öncə qeyd etməliyik ki, bu ittihamlar həbs zamanı, istintaq dövrü və məhkəmə prosesində əsas və ciddi səbəb kimi diqqət çəkməyib. İttihamçı da, müttəhim də əsas mövzunun dini əqidə ilə bağlı olduğunu gözəl bilib. Bundan əlavə, həbs edilənlərin ailəsi və yaxınları gözəl bilir ki, onlar nə işlə məşğul olublar. Kiminsə ittihamında qeyd olunan cinayətləri öz yaxınlarından gizlətməsi qeyri-mümkündür.

Cənab Prezident!
Qarşıdan Novruz bayramı gəlir. Bu milli bayram keçmiş MTN-nin səriştəsiz əməliyyatlarının qurbanı olmuş günahsız insanların ailələrini şad etmək üçün gözəl bir fürsətdir. Axı həmin günahsız insanların ağbirçək analarının, körpə balalarının, əli duada olan həyat yoldaşlarının və bacılarının gözləri daim intizardadır.

Vətənimizdə yeni ab-hava yaradın, ölkə quruculuğu üçün ümid, etimad hissinin gücləndirin.

Siz də atasınız, ailə başçısısınız. Hisslərinizə diqqətlə yanaşın, islamçı məhbusları azad etməklə, bizim evlərimizə də bayram əhval-ruhiyyəsi gətirin. Qoy bu bayramda bizim də övladlarımızın üzü gülsün, könlü açılsın.

Müraciətimizə diqqət ayıracağınıza ümid bəsləyirik.

İslamçı məhbusların ailələri:

1. Abdullayeva Məlahət AZE 15633288 (Abdullayev Valehin anası)
2. Camalova Məhbubə AZE 15179346 (Camalov Qorxmazın həyat yoldaşı)
3. Süleymanova Ağanənə AZE 05360512 (Süleymanov Abgülün həyat yoldaşı)
4. Axundzadə Tamara AZE 04358061 (Axundzadə Rufullanın həyat yoldaşı)
5. Axundzadə İlahə AZE 16007321 (Axundzadə Məhəmmədəlinin həyat yoldaşı)
6. Məmmədrzayeva Mətanət AZE 08280708 (Məmmədrzayev Firdovsinin həyat yoldaşı)
7. Xəlilova Xədicə AZE 09836095 (Məmmədov Şahinin həyat yoldaşı)
8. Səmədova Aynurə AZE 07416417 (Səmədova Dəyanətin həyat yoldaşı)
9. Səmədova Mehparə AZE 08113270 (Səmədov Mövsümün həyat yoldaşı)
10. Cəfərova Zümrüd AZE 09032317 (Cəfərov Ceyhunun həyat yoldaşı)
11. Abbasova Aynur AZE 15412553 (Abbasov Fəramizin qızı)
12. Həsənova Şəhanə AZE 15560368 (Yəhyayeva Ağaəlinin həyat yoldaşı)
13. Kərimova Bahar AZE 13629981 (Kərimov Davidin anası)
14. Həsənova Sevda AZE 09518546 (Hətəmov İlhamın anası)
15. İsmayılova Lalə AZE 14463487 (Allahverdiyev Rövşənin həyat yoldaşı)
16. Ağadadaşova Leyla AZE 14375871 (Ağadadaşov Tərlanın həyat yoldaşı)
17. Quliyeva Minayə AZE 14713034 (Quliyev Arazın həyat yoldaşı)
18. İsmayılova Esmira AZE 14166382 (Əliyev Nicatın anası)
19. Ağayeva Fəridə AZE 14050389 (Ağayev Suracın anası)
20. Ağayeva İsmət AZE 13171928 (Ağayev Rzanın bibisi).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button