ArxivXəbər lentiXəbərlər

Nardaran hadisələri zamanı saxlanılanların bəzisinin həbs müddəti uzadıldı

Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə APA-ya vəkil Bəxtiyar Hacıyev məlumat verib. O, bildirib ki, Nəsimi rayon Məhkəməsi N. Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin iyulun 3-dək uzadılması barədə qərar qəbul edib. B. Hacıyev bildirib ki, məhkəmə prosesi zamanı hər hansı sübut təqdim edilməyib.

B. Hacıyevin sözlərinə görə, N. Qəhrəmanov Nardaran hadisələrindən iki gün sonra saxlanılıb, özünü günahkar hesab etmir.

B. Hacıyev Nardaran Hadisələri ilə bağlı saxlanılan daha bir neçə nəfərin də həbs müddətinin uzadıldığını deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button