ArxivŞeirXəbər lentiXəbərlər

Ya Hüseyn, kim sən kimi öz xanimanindən keçər? Şeir

Ya Hüseyn, kim sən kimi öz xanimanindən keçər?
Kim sənün tək həq yolunda baş, canindən keçər?

Kim sənün tək tərk edər cahü cəlalın, ya Hüseyn
Kim verər yəğmayə sən tək mülkü malin, ya Hüseyn?
Kim görər zillətlə öz əhli əyalın, ya Hüseyn?
Kim Əli Əkbər kimi növrəs cəvanindən keçər?

Hər nə ki, zülmü sitəm etdi sənə əhli-cəfa,
Tab edüb çövrü cəfayə birbəbir, oldun riza,
Hansi aşiq sən kimi, ey padişahi-Kərbəla,
Birbəbir məşuqəsinün imtihanindən keçər?

Tökdülə zülmü sitəmlə Zeynəbün göz yaşini,
Öldürüblər Həzrəti Əbbas tək qərdaşini,
Hansı şahun kəsdilər təşnə, sənüntək başini,
Hansı şahun başi düşmənlər sinanindən keçər.

Yusifi Yəqubdan çünki fələk dur eylədi,
Piri-Kənan ağlamaqdan gözlərin kur eylədi,
Sən kimi tab etmədi, sübhü məsa şur eylədi,
Aşiqi-həq sən kimi ahü fəğanından keçər.

Nə rəvadür hərmələ zülmündə tüğyan eyləsün,
Ümmi-Leyla bağrını min cövr ilə qan eyləsün?
Sirxarə oğlunu bir tirə qurban eyləsün.
Əsğərin xaliq məgər məhşərdə qanındən keçər?

Kim sənintək şahzadə Əkbərindən əl çəkər?
Qasımü Əbbasü Övnü Cəfərindən əl çəkər?
Kim sənintək cümlə yarü yavərindən əl çəkər,
Kim Əli Əsğər kimi şirinrəbanindən keçər?

Şiələr qurban sənə, ey şəmi-bəzmi-xafiqeyn,
Var-yoxundan yaxşı keçdün, ey imami-məşriqeyn,
Talibi-bəzmi-vusali-həq sənüntək, ya Hüseyn,
Kərbəla dəştində hər südü ziyanindən keçər.

Bu müsibət aləmi zarü pərişan ağladur,
Daima qəmgin edir çün əbri-nisan ağladur,
Gör necə bəzmi-əzadə şiələr qan ağladur,
Racinün hər nüktəsi kilki-bəyanindən keçər.

Müəllif: HACI ӘBÜLHӘSӘN RACİ (ə.r)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button