AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Əhli-sünnənin qatili Rusiya deyil, Ali-Səuddur

Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbilin imam cüməsi və Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi bu həftəki cümə namazının xütbələrində Ali-Səudin şayiə otağından yayılmış geniş şayiəyə işarə edərək deyib: “Rusiya əhli-sünnəni öldürür” xəbəri Səudiyyənin əsassız şayiəvə yalanıdır. Onlar bu şayiələrlə əhli-sünnədən İŞİD üçün döyüşçü toplayırlar.

İŞİD-in ən çox öldürdüyü əhli-sünnədəndir və Ali-Səud İŞİD-i dəstəkləməklə bütün ölkələrdən çox öz əlini əhli-sünnənin qanına bulamışdır. Ona görə də haqq olaraq Ali-Səudu əhli-sünnənin əsas qatili bilmək lazımdır.

Həzrət Ayəttullah Amli əhli-sünnə ilə düşmənçilik edən İŞİD-lə mübarizəni əhli-sünnəyə ən böyük xidmət adlandırıb.

Əyalətin Ümumi Mədəniyyət Şurasının sədri xütbələrinin digər hissəsində deyib: “Mina hadisələri zamanın öhdəsinə buraxılmamalı, dövlət rəsmilərimiz var gücləri ilə məzlumlarının hüquqlarını müdafiə etməlidirlər”.

İmam cümə Mina hadisələrinin baş verməsi barədə bir neçə əlamətlər saymışdır ki, bunlar hamısı hadisənin qəsdən olmasını göstərir. O, həmçinin Mina hadisələri haqqında geniş təhqiqata başlamış Həcc məsullarına öz təşəkkürünü bildirib.

Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisinində nümayəndəsison günlərdə ABŞ və Avropa dövlətləri rəsmilərinin “İran müzakirələrlə dəyişilmədi”- ifadəsini daim təkrarlamalarına işarə edərək deyib: “Bu söz, onların müzakirlərldə niyyətlərinin məhz nüvə proqramları olması deyil, xalqın kimliyini və inqilabın dəyişməsi olmasına sübutdur. Ona görə də Ali Məqamlı Rəhbərin nüfuz barədə dediklərini ciddi tutmaq lazımdır”.

O artırıb: “Onlar bizim böyük xalqımızı hərbi güc və iqtisadi sanksiyalarla diz çökdürə bilmədikdə onun etiqad, inanc, adət-ənənə və yaşayış tərzinə nüfuz etməklə ideyasız bir xalqa çevirməyə çalışırlar”.

İmam cümə xütbələrinin sonunda Ərdəbil əyalətinin və Gilanın qərb bölgələrinin əhli-sünnə əhalisinin Məhərrəmin ongünlüyündə imam Hüseynə (ə) saxladıqları matəm, təşkil etdikləri əzadarlıq və ehsana görə edib və bu işi Peyğəmbər (s) sünnəsinə iqtida adlandıraraq deyib: “Biz, Seyyiduş-şühədaya (ə) əzadarlığı ölkədə şiə və sünni əhalisi arasında ən böyükvəhdət, birlik və həmrəylikamilinə çevirməliyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button